Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-19/2021 02.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İnzibati xəta törətmiş şəxs Şəxs Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxx 1966-cı ildə Qusar rayonun Gedəzeyxur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, işləməyən, Qusar rayonu, Gedəzeyxur kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Qusar rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində Qusar rayonun Gedəzeyxur kəndində Şəxs oğlu özünə məxsus 01 (bir) baş ağ-qırmızı rəngli inəyi asfalt yolunda nəzarətsiz qoymuş və nəticədə inək yolda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «LADA 217030» markalı, T-833EA-64 rus dövlət qeydiyyat nişanlı avtomaşının qarşısına çıxmış, asfalt yolun hərəkət hissəsində olan həmin inək avtomaşın ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində sürücü Zərərçəkmiş şəxs idarə etdiyi «LADA 217030» markalı, T-833EA-64 rus dövlət qeydiyyat nişanlı avtomaşına 1897 (bir min səkkiz yüz doxsan yeddi) manat maddi zərər dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB-in Baş Dövlət Avtomobil Müfəttişi, polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 13:00 radələrində özünə məxsus inəyləri Qusar rayonu Gedəzeyxur kəndinin otlaq sahəsindən su vermərək evə gətirən zaman qırmızı ağ rəngli inək yolun asfalt örtüylü hissəsində Zərərçəkmiş şəxs idarə etdiyi “LADA 217030” markalı T-833-EA-64 dövlət nömrə nişanlı nəqiyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs avtomaşınına 1897 (bir min səkkiz yüz doxsan yeddi) manat maddi zərəri dəymişdir. Zərərçəkmiş şəxs avtomaşınına dəymiş maddi zərəri tam şəkildə ödəmişdir. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, «LADA 217030» markalı, T-833-EA-64 rus dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixində saat 13:00 radələrində Qusar-İmamqulukənd yolunun 8-ci km-də, Gedəzeyxur kənd ərazisində İmamqulukənd kənd istiqamətində hərəkətdə olarkən qəflətən yola bir baş qırmızı-ağ rəngli inək çıxmış və nəticədə həmin inək idarə etdiyi avtomaşın ilə toqquşmuşdur. Hadisə yerinə yol polis əməkdaşları gəlmiş, özü heç bir xəsarət almamışdır. Həmin vaxt müəyyən olundu ki, avtomaşını ilə toqquşmuş inək Şəxs oğluna məxsusdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına 1897 (bir min səkkiz yüz doxsan yeddi) manat məbləğində maddi zərər dəymişdir. Həmin zərər Qusar “VAZ” kooperativi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli Aktla müəyyən edilmişdir. Şəxs oğlu onun avtomaşınına dəymiş 1897 (bir min səkkiz yüz doxsan yeddi) manat maddi zərəri tam şəkildə ödəmişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Şəxs oğlunun həmin inzibati xətanın törətməsi məhkəmə iclasında onun özünün və Zərərçəkmiş şəxsnin izahatları, xx xxxxxx 2021-ci il tarixli İXP ******* seriyalı inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərlə sübuta yetirilir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair smeta (haqqı həsab) aktından görünür ki, «LADA 217030 PRİORA» markalı, T833EA64 dövlət qeydiyyat nişanlı avtomaşına cəmi 1897 (bir min səkkiz yüz doxsan yeddi) manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, Şəxs oğlu tərəfində ona dəymiş 1897 (bir min səkkiz yüz doxsan yeddi) manat maddi ziyan tam şəkildə ödənilmişdir. Onun Şəxs oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq barəsində inzibati cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-19/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-19/2021
02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver