Məhkəmə qərarları › İş №3(029)-190/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-190/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-190/2024 26.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində LADA 21214 LEGEND minik markalı 77PD691 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Quba şəhərindən Qusar şəhəri istiqamətində hərəkət etdiyi zaman Qusar şəhər avtovağzal dairəsinə birbaşa daxil olarkən sol tərəfdən hərəkət edən X1 idarə etdiyi VAZ 2107 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməmiş, nəticədə həmin avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində avtomobillərə maddi zərər vurulmuş, Şəxs idarə etdiyi avtomobilin sərnişini Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış, xx.xx.2024-cü il tarixli qərarla baş vermiş yol-nəqliyyat hadisəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti aidiyyəti üzrə Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilmiş və izahatında göstərmişdir ki, o, 25 iyul 2024-cü il tarixdə axşam saatlarında idarə etdiyi avtomobillə avtovağzal dairəsinə daxil olmuş, həmin vaxt hava qaranlıq və yağışlı olmuş, dairəyə daxil olarkən sol tərəfdən gələn avtomobilin işıqları yanmadığından həmin avtomobili görməmiş, nəticədə isə həmin avtomobilllə toqquşmuş və hadisə nəticəsində onun arvadı xəsarət almışdır. Hazırda əməlindən peşmandır, gələcəkdə belə hərəkətlərə yol verməyəcəkdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 368 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət- təpə-ənsə nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş YNH nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla manevr etməsi, nəticədə yol nəqliyyat hadisəsi törədərək X1 idarə etdiyi avtomobillə toqquşması, hadisə nəticəsində avtomobillərin əzilməsi və Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti alması məhkəmə iclasında tədqiq edilən sübutlarla, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün izahatı ilə tam sübuta yertirilmişdir. Odur ki, məhkəmə Şəxs əməlini Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə tövsif edərək hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar