Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-191/2023 12.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx.xx.1973-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs 2023-cü ilin mart ayında Rusiya Federasiyasında olarkən oradan əldə etdiyi xeyli miqdarda, yəni 972 (doqquz yüz yetmiş iki) manat dəyərində aksiz markası ilə markalanmamış ümumilikdə 24 ədəd olmaqla 6 ədəd 0.7 lt “Kremlin” markalı, 6 ədəd 0.7 lt “Stolichnaya” markalı, 6 ədəd 0.7 lt “Romonov” markalı və 6 ədəd 0.7 lt “Orthodox” markalı araqları idarə etdiyi avtomobilin yük yerinə plomb vurulmadığı üçün yük yerinə qoyaraq xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Rusiya Federasiyası istiqamətindən Samur gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olmuş, burada qeyd edilən araqları “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etmədən keçirmişdir. Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli 10000-00014 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/1942-9/2295 saylı ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilən 6 ədəd 0.7 lt “Kremlin” markalı, 6 ədəd 0.7 lt “Stolichnaya” markalı, 6 ədəd 0.7 lt “Romonov” markalı və 6 ədəd 0.7 lt “Orthodox” markalı araqlar rektifikat etil spirti əsasında hazırlanmış araqlardır. Ekspertiza tədqiqatına təqdim edilmiş spirtli içkilərin xx.xx.2023-cü il tarixə ümumuilikdə orta bazar qiyməti təxminən 972.0 manat müəyyən edilir. Həmin rəyin təsviri əsaslandırıcı hissəsindən görünür ki, 6 ədəd 0.7 lt “Kremlin” markalı arağın bir ədədinin qiyməti 50.0 manat, ümumi qiyməti 300 manat, 6 ədəd 0.7 lt “Stolichnaya” markalı arağın bir ədədinin qiyməti 30.0 manat, ümumi qiyməti 180 manat, 6 ədəd 0.7 lt “Romonov” markalı arağın bir ədədinin qiyməti 32.0 manat, ümumi qiyməti 192 manat, 6 ədəd 0.7 lt “Orthodox” markalı arağın bir ədədinin qiyməti 50.0 manat, ümumi qiyməti 300 manat olmaqla cəmi 972.0 manat təşkil edir. Həmin rəyin təsviri əsaslandırıcı hissəsindən görünür ki, təqdim olunan hər adda spirtli içkidən 02 ədədi, cəmi 8 ədəd araqlar tədqiqatların aparılmasında istifadə olunmuş, 16 ədədi isə qalıq qalaraq geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının CMnin 213-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmaması səbəbi ilə cinayət işi başlanılması rədd edilmiş, barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərar və zəruri sənədlərin surəti aidiyyəti üzrə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinə göndərilməsi, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ümumilikdə 972 manat dəyərində standartlara uyğun olmaqla yararlı hesab edilmiş 24 ədəd spirtli içkilərin aparılmış tədqiqatlardan sonra ümumilikdə 16 ədədinin qalıq qalması və xx.xx.2023-cü il tarixli 1700-013/0xx-xx/002414 nömrəli məktubla Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilməklə orada saxlanılmasının nəzərə alınması qərara alınmışdır. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri 972.0 (doqquz yüz yetmiş iki) manat təşkil edən, aparılmış ekspertiza tədqiqatından sonra qalıq qalmış cəmi 16 ədəd olmaqla 4 ədəd 0.7 lt “Kremlin” markalı, 4 ədəd 0.7 lt “Stolichnaya” markalı, 4 ədəd 0.7 lt “Romonov” markalı və 4 ədəd 0.7 lt “Orthodox” markalı araqlar müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-191/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-191/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver