Məhkəmə qərarları › İş №3(029)-191/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-191/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-191/2025 03.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, xx.xx.1991-ci ildə İran İslam Respublikasının Ərdəbil şəhərində anadan olan, İran İslam Respublikası vətəndaşı, evli, orta təhsilli, Ərdəbil şəhəri, Cahan küçəsində yaşayan X2 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 05:00-da Rusiya Federasiyasından “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan İran İslam Respublikası vətəndaşı X1 idarə etdiyi “DAF XF530FT” markalı, 98AA469/68AB666 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Xray yoxlamasından keçərkən şübhəli cizgilər müəyyən olunmuşdur. Nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmiş və yoxlama zamanı, nəqliyyat vasitəsinin kabinasının sağ tərəfində havalandırma boşluğunun içərisindən gömrük nəzarətindən gizlədilmiş 2 ədəd “Jameson 1L” markalı viski, 1 ədəd “Santo stefano 0.75L” markalı şampan, 1 ədəd “Jagermeister 0.7L” markalı spirtli içki likör, 1 ədəd “Jagermeister 0.2L” markalı spirtli içki likör, 1 ədəd “Bosford 0.7L” markalı spirtli içki cin və 1 ədəd “Ballantines 1L” markalı spirtli içki viski aşkar olunaraq protokol əsasında götürülmüşdür. Faktla bağlı X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli 01400-04479/25 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 64.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 024/25-X nömrəli ekspert rəyindən görünür ki, ekpertizaya təqdim edilmiş 2 ədəd “Jameson 1L” markalı viskinin 1 ədədinin qiyməti 75 manat, cəmi 150 manat, 1 ədəd “Santo stefano 0.75L” markalı şampanın 1 ədədi 25 mant, cəmi 25 manat, 1 ədəd “Jagermeister 0.7L” markalı spirtli içki likörün 1 ədədinin qiyməti 40 manat, cəmi 40 manat, 1 ədəd “Jagermeister 0.2L” markalı spirtli içki likörün 1 ədədinin qiyməti 14 mant, cəmi 14 manat, 1 ədəd “Bosford 0.7L” markalı spirtli içki cinin 1 ədədinin qiyməti 42 manat, cəmi 42 manat və 1 ədəd “Ballantines 1L” markalı spirtli içki viskinin 1 ədədinin qiyməti 75 manat cəmi 75 manat təşkil edir. Ümumilikdə spirtli içkilərin xx.xx.2025-ci il tarixə möcvud olan orta bazar (satış) qiyməti 346 (üç yüz qırx altı) manat təşkil edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, X4 həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti 2 ədəd “Jameson 1L” markalı viski, 1 ədəd “Santo stefano 0.75L” markalı şampan, 1 ədəd “Jagermeister 0.7L” markalı spirtli içki likör, 1 ədəd “Jagermeister 0.2L” markalı spirtli içki likör, 1 ədəd “Bosford 0.7L” markalı spirtli içki cin və 1 ədəd “Ballantines 1L” markalı spirtli içki viskinin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarının tədqiqinə əsaslanaraq, həmçinin X1 barəsində cərimə tənbehinin tədbiq edilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş materiallarından görünür ki, iş üzrə ekspertiza xərci 35 (otuz beş) manatdır. Həmin məbləğ dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 346 (üç yüz qırx altı) manat dəyərində olan, 2 ədəd “Jameson 1L” markalı viski, 1 ədəd “Santo stefano 0.75L” markalı şampan, 1 ədəd “Jagermeister 0.7L” markalı spirtli içki likör, 1 ədəd “Jagermeister 0.2L” markalı spirtli içki likör, 1 ədəd “Bosford 0.7L” markalı spirtli içki cin və 1 ədəd “Ballantines 1L” markalı spirtli içki viski müsadirə edilsin. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar