Məhkəmə qərarları › İş №3(029)-192/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-192/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-192/2023 31.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Qusar rayonu Əvəcuq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, X1 barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs evdə yumruq zərbələri ilə vuraraq döymüşdür. Həmin faktla bağlı Qusar RPŞ-nin baş təhqiqatçısı, Elşad Əhmədov tərəfindən araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək qəbul edilmiş, qərarın surəti X1 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qusar RPŞ-nin İTB-nə verilmişdir. Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi, X3 tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN № 1789566-413 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq etmiş, həmçinin hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 ilə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, X4 həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, onlar barışmışlar, zərər çəkmiş şəxsin X2 qarşı heç bir şikayəti, tələbi olmadığı bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.9-cu maddələrinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, inzibati xətanı törətmiş X4 Zərərçəkmiş şəxs ilə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: X4 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar