Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-192/2024 19.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon Məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, X2 barəsində Azərbaycan Respublikası DİN Qusar RPŞ tərərindən tərtib edilmiş TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərardan verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X4 məhkəməyə ərizə təqdim edərək, barəsində Azərbaycan Respublikası DİN Qusar RPŞ tərərindən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə tərtib edilmiş TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqdim olunmuş ərizə və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, həmin şikayət ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. 1) X1 şikayət ərizəsində qərarın nömrə və tarixini bildirsədə, mübahisələndirdiyi qərarı şikayət ərizəsinə əlavə etməmişdir. 2) X1 şikayət ərizəsində və ona əlavə olunmuş sənədlərdə TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarı hansı tarixdə almasını, həmin qərardan şikayət vermə müddətini ötürüb-ötürmədiyi ilə bağlı hər hansı sənəd yaxud bildiriş əlavə etməmişdir. 3) X1 həmin qərardan məhkəməyə şikayət ərizəsi ünvanlamamışdan qabaq Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinə şikayət ərizəsi ünvanlamışdır. Həmin şikayət əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsində baxılmış, müvafiq izahatlar alınmış və sənədlər toplanmışdır. Məhkəmə buna münasibətdə hesab edir ki, X1 həmin qərarı Qusar RPŞ-nin yuxarı səlahiyyətli orqanı olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində yaxud qeydiyyatda olduğu rayon (şəhər) məhkəməsində mübahisələndirməli idi. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1nun şikayət ərizəsi natamamdır. Həmçinin Azərbaycan Respublikası İXM-nin qərardan şikayət verilməsi qaydaları pozulmuşdur. Bunları nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət ərizəsi ona əlavə olunmuş sənədlərə birgə X3 geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 57.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda ,inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 128.2.3. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 129.1. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə 129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) Göstərilənləri nəzərə alıb hesab edirəm ki, X1nun məhkəməyə təqdim etmiş olduğu şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər natamam olduğundan və işə baxılarkən göstərilən çatışmazlığı tamamlamaq mümkün olmadığından, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş şəxsə geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının İXM-nin 417 və 420-ci maddələrinə əsasən , QƏRARA ALDİM: X2 barəsində Azərbaycan Respublikası DİN Qusar RPŞ tərərindən tərtib edilmiş TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərardan verilmiş şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-192/2024
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-192/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver