Məhkəmə qərarları › İş №3(029)-195/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-195/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-195/2023 19.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Şimal regional X6 İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs «QUSAR-AVTOVAĞZAL” MMC (VÖEN №**********) barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanda yerləşən «QUSAR- AVTOVAĞZAL” MMC-nin Avtovağzal binasında YTM zamanı YTQ-01.2001,6.5; 9.3; 10.4; 1.4 bəndlərin tələblərinin pozulduğu aşkar edilmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs «QUSAR-AVTOVAĞZAL” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. X6 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən «QUSAR-AVTOVAĞZAL” MMC-nin Avtovağzal binasında YTM zamanı YTQ-01.2001,6.5; 9.3; 10.4; 1.4 bəndlərin tələblərinin pozulduğu aşkar edilmişdir. Avtovağzal binasının daxili elektrik naqillərinin sazlığı barədə akt tərtib edilməmişdir. Bina ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməmişdir. Vaxtı keçən balonların tərkibi dəyişdirilməmişdir. İşçilərin yanğına qarşı təlimatlandırılmamışdır xüsusi jurnalda imza etdirilməmişdir. Binanın yanğın xəbərverici siqnalizasiya qurğuları işlək vəziyyətdə olmamışdır. Bununla bağlı şifahi «QUSAR-AVTOVAĞZAL” MMC-yə əvvəllər də xəbərdarlıq edilmişdir. Heç bir sertifikat təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 izahatında göstərmişdir ki, yanğın söndürmə aparatını 10 il müddəti vardır. Onun tərkibini dəyişdirməsindən xəbəri olmamışdır. Yanğınsöndürən balonlarını 2 il əvvəl almışdır. İldə bir dəfə baxışdan keçirməmişdir. 2019-cu il tarixdən dəyişdirilməmişdir. Lahiyə əsasında avtovaqzal binası tikilmişdir. Naqilin sazlığı ilə bağlı sənədi yoxdur. Xəbərverici siqnalizasiya qurğuları 10 il əvvəl quraşdırmışdır. İstismara yararlılıq sənədi ondan tələb olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1374 saylı yanğın-texniki müayinə aktından görünür ki, avtovağzal binasının daxili elektrik naqillərinin sazlığı barədə akt tərtib edilməmişdir. Bina ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməmişdir. Vaxtı keçən balonların tərkibi dəyişdirilməmişdir. İşçilərin yanğına qarşı təlimatlandırılmamışdır xüsusi jurnalda imza etdirilməmişdir. Binanın yanğın xəbərverici siqnalizasiya qurğuları işlək vəziyyətdə deyildir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs «QUSAR- AVTOVAĞZAL” MMC həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hüquqi şəxs «QUSAR-AVTOVAĞZAL” MMC-nin həmin inzibati xətanı törətməsi, MN № ******* saylı, xx.xx.2023-cü il tarixli saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydaların 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları (sonradan - Qaydalar) Azərbaycan Respublikası ərazisində yanğın təhlükəsizliyi tələblərini müəyyən edir. Bu qaydaların tələblərinə riayət edilməsi təşkilatı hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, təşkilatlar, müəssisələr, birliklər, digər hüquqi şəxslər, onların vəzifəli şəxsləri Azərbaycan Respublikası vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər (sonradan vətəndaşlar) üçün məcburidir. Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydaların 6.5-ci bəndinə əsasən elektrik qurğularının istismarı zamanı aşağıdakılar qadağan olunur: elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək; nasaz elektrik qurğularından istifadə etmək; elektrik lampasını və işıqlandırıcısını kağıza, parçaya və digər yanar materiallara bükmək, eləcə də ondan mühafizə qapağı örtük (plafonu) çıxarıldıqda istifadə etmək; dayağı yanmayan materiallardan olmayan elektrik ütülərindən, elektrik çaydanlarından və digər elektrik qızdırıcı cihazlarından istifadə etmək; standartlara uyğun olmayan (qeyri standart) elektrik istilik cihazlarından, düzgün seçilməmiş əriyən qoruyuculardan, qısa qapanmadan və artıq yüklənmədən mühafizə edən digər (əldəqayırma) aparatlardan istifadə etmək; magistral kabel xəttlərini və elektrik naqillərinin anbar otaqlarından, yanğın təhlükəli və yanğın partlayış təhlükəli zonalardan tranzit (birbaşa) çəkmək; elektrik qızdırıcı cihazlarını, televizorları, radio qəbuledicilərini və.s qurğuları şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq. Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydaların 9.3-cü bəndinə əsasən Yanğın avtomatika qurğuları layihə sənədlərinə uyğun olmalı, daima hazır və saz vəziyyətdə saxlanılmalıdır. Norma və qaydalarda göstərilən hallardan başqa, qurğuların “avtomatik işədüşmə” sistemindən “əl ilə işəsalma” sisteminə keçirilməsi qadağandır. Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydaların 10.4-cü bəndinə əsasən otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməlidirlər. Müvafiq sertifikatları olmayan yanğınsöndürmə vəsaitlərinin istifadəsinə yol verilmir. Tərtib olunmuş protokol üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «QUSAR-AVTOVAĞZAL” MMC öz təqsirsizliyini təsdiq edən heç bir sənəd və ya sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, inzibati xəta haqqında protokol əsaslıdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «QUSAR- AVTOVAĞZAL” MMC-nin barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «QUSAR- AVTOVAĞZAL” MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «QUSAR-AVTOVAĞZAL” MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs «QUSAR-AVTOVAĞZAL” MMC barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Hüquqi şəxs «QUSAR-AVTOVAĞZAL” MMC (VÖEN №**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-сi maddəsi ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar