Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-196/2024 17.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X23 oğlunun katibliyi, “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru X7 və “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndəsi X5, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Quba- Xaçmaz regional şöbəsinin 16 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsinə Qusar rayon Məhkəməsinin inzibibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Qusar rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru X14 məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Quba-Xaçmaz regional şöbəsinin 16 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. X14 ərizəsini onunla əsaslandırmışdır ki, həmin qərarın qəbul edilməsinə əsas olmuş 09 avqust 2024-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, onun tərəfindən X6 ilə xx.xx.2013-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2 maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və son haqq-hesabı gecikdirilərək, natamam hesablanaraq xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Bununla da Əmək Məcəlləsinin 45-ci, 83.2-ci, 144-cü və 172.4-cü maddələrinin tələblərini pozmuşdur. “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Anbar bölməsində bölmə müdiri vəzifəsində çalışmış X6 ilə bağlanmış müddətli əmək müqaviləsinə müddəti qurtardığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixdən “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 22 iyul 2024-cü il tarixli 18-1-54/3-1-1341/2024 nömrəli əmr ilə xitam verilmişdir. İşdən azad olunması ilə razılaşmayan Flora Mirzağayeva X12 xidmətinin Quba-Xaçmaz regional şöbəsinə müraciət etmişdir. Əmək Müfəttişliyin tələbi ilə Flora Mirzağayevanın əmək müqaviləsinə xitam verilməsinə səbəb olan sənədləri əmək müfəttişliyinə göndərmişlər. X2 şikayətinə baxan X12 xidmətinin Quba-Xaçmaz regional şöbəsi işi hərtərəfli araşdırmamış “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi səxsin xx.xx.2024-cü il tarixli 18-1-54/3-1-1341/2024 nömrəli xitam əmrini ləğv edilməsini və Flora Mirzağayevanı işə bərpa edilməsini onlardan tələb etmişdir. 2020-ci ildə icbari tibbi sığortaya keçidlə bağlı “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs yaradılanda Flora Mirzağayeva ilə yeni müddətli əmək müqaviləsi bağlanmaqla Anbar bölməsinin bölmə müdiri vəzifəsinə təyin edilib. Həmin vaxt Flora Mirzağayeva ilə əmək müqaviləsi Azərbaycan Respunlikasının Əmək Məcəlləsi ilə təsdiq olunmuş əmək müqaviləsinin (kontraktın) nümunəvi formasında kağız üzərində müddətli bağlanmışdır. Əmək müqaviləsi tərəflərin imzaları və xəstəxanasının möhürü ilə təsdiq olunub. Bir nüsxə Flora Mirzağayevaya verilmiş, ikinci nüsxəsi onun şəxsi işində saxlanılmışdır. Elektron informasiya sistemindəki əmək müqaviləsi bildirişdə iş saatları, əmək haqqı bölmələrinə dəyişikliklər aparılsada əmək müqaviləsinin müddəti bölməsində texniki səhv olaraq müddətsiz sözü müddətli sözü ilə əvəz edilməmişdir. Elektron informasiya sistemindəki (ƏMAS) əmək müqaviləsi bildirişi tərəflərin imzaları və möhürü ilə təsdiq olunmamışdır. Həm də müqavilə üzərindəki QR-kodun altındakı məlumatlar da oxunmur, əmək müqaviləsinin müddətsiz olduğunu təsdiq etmir. Buna görə də elektron informasiya sistemindəki əmək müqaviləsi tərəflərin imzaları və möhürü ilə təsdiq edilmədiyi üçün hüquqi qüvvəyə malik olmadığını deməyə əsas verir. Buna əsasən X16 Mirzağayeva ilə əmək məcəlləsində göstərilən formada kağız üzərində bağladıqları əmək müqaviləsini onun elektron informasiya sistemində olan əmək müqaviləsi bildirişi ilə müqayisədə daha üstün hüquqi qüvvəyə malik olduğunu nəzərə almalı idi. X17 xəstəxana ilə Flora Mirzağayeva ilə arasında bağlanmış gerçək, orijinal, yazılı, tərəflərin imzaları və dövlətin möhürü ilə təsdiq olunmuş əmək müqaviləsini kağız parçası hesab edir, elektron informasiya sistemindəki əmək müqaviləsi bildirişini hüquqi sənəd kimi qəbul edir. Bu məsələ ilə əlaqədar X19 rəisi Təngiz Nəzərovla telefon əlaqəsini yaratmış, veriləcək qərarın yalnış olduğunu bildirmişlər. Buna baxmayaraq X12 xidməti Quba-Xaçmaz regional şöbəsinin rəisi Təngiz Nəzərov qərəzli mövqe tutaraq tələm-tələsik, kənar maraqlardan çıxış edərək Flora Mirzağayevanı işə bərpa olunmasının və ona qarşı inzibati cərimənin yazılacağını öncədən ona bildirmişdir. Əmək Müfəttişliyin rəisi Təngiz Nəzərov tutduğu vəzifəsinə səhlənkar yanaşaraq yalnış qərar qəbul etməklə vətəndaşı xəstəxanaya qarşı qoyur. Flora Mirzağayeva işdən azad ediləcəyini bilib təxribata əl atmışdır. Belə ki, o, 5 iyul 2024-cü il tarixdə anbardan xəstələrin ərzağını buraxmamış, xəstəxanada müalicə alan 69 xəstəni ac saxlamaqla müəssisənin nüfuzuna xələl gətirəcək əməllərə əl atmışdır. Ona görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Quba-Xaçmaz regional şöbəsinin 16 avqust 2024cü il tarixli inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarı ilə o vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə təqsirli bilinib 1800 (bir min səkkiz yüz) manat məbləğində qanunsuz olaraq cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında X14 izahatında göstərmişdir ki, onun müdiri olduğu xəstəxanada anbar bölməsinin bölmə müdiri vəzifəsində işləyən X9 xx.xx.2022-ci tarixdə əmək məcəlləsinin qaydalarına uyğun olaraq anbar bölmə müdiri vəzifəsinə qəbul edilmişdir. Qusar rayon Mərkəzi Xəstəxanasının əvvəllər Səhiyyə Nazirliyinin tabeliyində olduğunu, sonradan X4 ilə Səhiyyə Nazirliyinin tərkibindən çıxarılaraq Qusar rayon Mərkəzi X1muşdur. Buna görə də işçilər arasında yeni müqavilənin bağlanması zərurəti meydana çıxmışdır. Floranın anbar bölümündə adi anbardar vəzifəsində işləməsinə baxmayaraq yeni müqavilə ilə ona anbar bölmə müdiri vəzifəsinin verilmiş və əmək müqaviləsinin müddətli bağlanılmışdır. Hər üç aydan bir hər dəfə müqavilə onların razılı əsasında artırılmışdır. Flora xanımın Qusar rayon Mərkəzi Xəstəxanasında işləmə müddəti 4 il olmamışdır. Tutduğu vəzifədə etdiyi nöqsanlar nəzərə alınaraq və əmək müqaviləsinin müddətinin bitməsi nəzərə alınaraq AR-ın Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndini rəhbər tutaraq əmək müqaviləsinə xitam verilmişdir. Flora xanım əmək müfəttişliyinə müraciət edərək şikayət etmiş və haqlarını tələb etmişdir. Ona göndərilən bildiriş əsasında müəyyən edilmişdir ki, Flora xanımın işdən kənarlaşdırılmasında müfəttişlik tərəfindən qüsurlar aşkarlanmış və inzibati cərimə növündə cərimə tətbiq edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidenti xx.xx.2024-cü il tarixdə bütün işçilərin elektron qaydada portala yerləşdirilməsini və elektron müqavilə bağlanmasını tövsiyyə etmişdir. Flora xanımla olan əmək müqaviləsi həmin sərəncamdan qabaq bağlanmışdır. Lakin buna baxmayaraq ARnın əmək müfəttişliyi tərəfindən Flora xanımın müqaviləsinin “ƏMAS”-a yerləşdirilməsi tövsiyyə edilmişdir. Lakin onun rəhbərlik etməyindən öncə müqavilə “ƏMAS”-a yerləşdirilən zaman texniki xəta baş vermiş və həmin QR kod onlar tərəfindən yoxlanılmış və həmin QR kodda elektron sistemə yerləşdirilmə haqqında heç bir məlumat olmamışdır. QR kodun çalışmamasını nəzərə alaraq Flora xanım ilə bağlanan müqavilə olmadan “ƏMAS” sisteminə yerləşdirmək qeyri mümkün sayaraq verdiyi əmri düzgün hesab edib vətəndaşın müqaviləsinə xitam verilmişdir. Çünki həmin müqaviləyə xitam verilməsi möhürlə təsdiqlənərək bir nüsxəsi Flora xanıma verilmiş digər nüsxəsi isə xəstəxanada saxlanılmışdr. X25 bu haqda X10-Xaçmaz regional şöbəsinin rəisi Tengiz bəylə əlaqə saxladığı zaman özünün nə səhvləri varsa deyilməsini və onlar tərəfindən həmin xətaların aradan qaldırılmasını bildirmişdir. Çünki bu vətəndaşın əmək müqaviləsinə xitam verilməsi, həmin işçinin vəzifəsindən sui-istifadə edərək növbətçi olduğu zaman gecə 69 xəstəyə çatmalı olan məhsulu mənimsədiyini və həmin xəstələri ac saxlamışdır. Onun apardığı audit nəticəsində ərzağın mənimsənilməsi və keyfiyyətsiz məhsulun verilməsi faktı aşkar olunmuş və bu barədə tədbir görülməsi üçün Qusar rayon Prokurorluğuna məlumat verilmiş və həmin fakt üzrə cinayət işinin başlanılmışdır. Lakin Tengiz müəllimə bildirmişdir ki, hər hansı bir xəta vardırsa yoxlayıb ona bildirsin. Cavab olaraq ona məktub yollanılmışdır ki, xəstəxanın müdirinin yol verdiyi xətalar sonunda inzibati tənbeh tətbiq edilməsini haqlı saymışlar. O, Tengiz bəylə telefon əlaqəsi saxlayaraq QR kodda heç bir məlumatın çıxmadığını bildirmişdir. Buna görədə həmin sənədin əsassız olduğunu bildirmişdir. Buna baxmayaraq qeyri qanuni olaraq onu 1800 manat miqdarında cərimələmişlər. Cərimələndikdən sonra o qanuna müvafiq qaydada Qusar rayon məhkəməsinə müraciət etmişdir. Flora xanımı tanımamış, rəhbərlik etdiyi müddətdə onunla 4 dəfə görüşmüşdür. Flora xanımın oğlu onu hədələmiş və təzyiqlər göstərmişdir. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Flora xanım onun otağına gəlmiş və o Flora xanıma başa salmışdır ki, tutduğu vəzifənin tələbi ali təhsildir. Onun isə ali təhsili olmadığına görə başqa vəzifəyə keçirilməlidir. Həmçinin anbar müdiri vəzifəsinə qəbul üçün “TƏBİB”-in imtahanından keçməli olduğunu bildirmişdir. Flora xanımın kriteriyalarının həmin vəzifəyə uyğun olmadığını bildirmişdir. O, həmçinin Flora xanımdan xahiş etmişdir ki, onu hal-hazırki vəzifəsindən təsərrüfat tibb bacısı vəzifəsinə keçirilməyi ilə bağlı əmr versin. Flora xanımın aldığı maaş 685 manat olduğunu yeni vəzifə ilə yeni maaşının 856 manat olacağını bildirsədə Flora xanım buna etiraz etmişdir. Həmin hal onda şübhələr yaratmışdır. Ona görə də daxili əmrlə yoxlama keçirmiş və nəticədə Flora xanımın vəzifəsindən sui-istifadə halları aşkarlanmışdır. Artıq Flora xanım bilirdiki işdən çıxarılacaq, ona görə xəbərdarlıq veriləndən 2 gün sonra xəstələrə yemək verməmişdir. Həmin axşam saat 7-də gələrək Flora xanımı çağırmış və yemək çatmamış 69 xəstədən yeməyin gecikməsi ilə bağlı bir-bir üzr istəmişdir. Bunları nəzərə alaraq həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Elektron sənəd dövriyyəsində həmin QR kodun oxudulmasını, oxunması mümkün deyilsə həmin sənədin əsassız sayılmalıdır. Məhkəməyə təqdim etmiş olduğu sənəd möhürlə təsdiqlənib və qarşı tərəfə onun hüquqları diktə olunmuşdur. Flora xanımı ondan qabaq işə götürmüşlər və qanun çərçivəsində işdə verdiyi nöqsanlara görə onun tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. İnzibati tənbeh vermə haqqında qərarda göstərilənlər nöqsanlar onun tərəfindən deyil, Xəstəxananın maliyyə və kadrlar şöbəsi tərəfindən yol verilmiş və həmin şöbələrin hazırladığı sənədləri onun tərəfindən yoxlanılmadan imzalanmışdır. Həmçinin həmin sənədlərin yoxlanılması üçün nə kadrlar üzrə mütəxəssis deyil, nə də maliyyə üzrə mütəxəssis deyil, həmin sənədlərin onun tərəfindən yoxlanılmasınının qeyri-mümkündür. Flora xanımın əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşçiyə son haqq-hesabın ödənilməsi xx.xx.2024cü il tarixdə olmuşdur. 7 gün gecikmənin əsas səbəbi Xəstəxananın həmin işlərə baxan maliyyə şöbəsinin olduğunu bildirmişdir. Həmçinin, həmin 7 gün gecikmənin səbəblərinin maliyyə şöbəsindən tələb etmişdir. Maliyyə şöbəsinin xx.xx.2024-cü il tarixdə son haqqhesabın ödənilməsi ilə bağlı olan sənədi isə özü imzalamışdır. Həmçinin, işçiyə əmək müqaviləsi üzrə əsas məzuniyyət gününün 30 gün yox 21 gün verildiyini bildirmişdir. Buna səbəb isə qanunvericiliyə uyğun olaraq işçinin tutuduğu vəzifənin məsul vəzifə sayılmadığını, 30 gün əsas məzuniyyət gününün məsul vəzifələrə və digər vəzifələr aid olduğunu bildirmişdir. Lakin həmin vəzifənin məsul vəzifə sayılmadığını təsdiq edən sənədi məhkəməyə təqdim edə bilmiyəcəyini bildirmişdir.Özünün üst icraçı olduğunu, önünə qoyulan sənədləri yoxlamaq və düzgünlüyünü araşdırmaq kimi vəzifə öhdəliyinin olmadığını yalnız imzalamaq səlahiyyətinin olduğunu bildirərək, onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında X14 izahatında göstərmişdir ki, həmin inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və ləğv edilməlidir. Əmək Müfəttişliyi tərəfindən göstərilən pozuntuların ona aid olmadığını, xəstəxananın müvafiq şöbələri tərəfindən törədildiyinin nəzərə alınaraq barəsində tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Flora xanım Əmək Müfəttişliyinə yaxınlaşaraq X7 onun müqaviləsinə qanunsuz olaraq xitam verilməsi barədə şikayət etmişdir. Həmin halın araşdırılması nəticəsində məlum omuşdur ki, “ƏMAS”-a baxış keçirilərkən məlum olmuşdur ki, Flora xanım xx.xx.2013-cü il tarixdə müddətsiz olaraq anbardar vəzifəsinə qəbul olunmuşdur. Qusar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 026/20 nömrəli qərarla anbardar vəzifəsindən anbar bölmə müdiri vəzifəsinə keçirilmişdir. Xəstəxana tərəfindən əmr xx.xx.2020-ci il tarixdə verilməsinə baxmayaraq “ƏMAS”-a xx.xx.2020-ci il tarixdən müvafiq düzəlişlər edilmiş və müqavilə müddətsiz olaraq bağlanılmışdır. Kamil bəyin iddia etdiyi xx.xx.2020-ci tarixdə müqavilə “ƏMAS”-a daxil edilməmişdir. Həmin müqavilənin “ƏMAS”-da müddətli bağlandığı əsaslandırılmamışdır. Əmək Məcəlləsinə əsasən əmək müqaviləsinin bağlanması “ƏMAS”-a yerləşdirildiyi və gücləndirilmiş elektron imza ilə imzalandığı andan hüquqi qüvvəyə malik olur. Bu isə o deməkdir ki, əmək müqaviləsi “ƏMAS”-a yerləşdirilmədiyi təqdirdə heç bir hüquqi əsası olmur. Bu səbəbdəndə həmin müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi qanunsuzdur. Həmin qərarın verilməsi üçün əsas olan səbəblərdən biri işçinin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə verilməsinə baxmayaraq son haqq-hesab xx.xx.2024-cü il tarixdə ödənilməsidir. Digər səbəb əsas məzuniyyət günü 30 gün olmalı olduğu təqdirdə 21 gün əsas təqvim günü verilmişdir. Bu da Əmək Məcəlləsin tələblərinin pozulması deməkdir. Təqdim edilmiş sənədlərdən görünür ki, 21 gün əsas təqvim günü verilmişdir. İşə götürən tərəfindən əsas məzuniyyətin günü 21 gün qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndəsi X11 izahatında bildirmişdir ki, tərtib edilmiş protokol əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Belə ki, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Göstərilən xətalardan yalnız bu xətanı qəbul edərək bildirmişdir ki, işçinin əmək müqavilə xx.xx.2024cü il tarixdə xitam verilsədə ona son haqq-hesab xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Həmçinin son haqq-hesabın gecikdirilməsi məsələsinin işə götürənin iradəsindən asılı olmayan səbəblərdən ötrü olduğu üçün baş verdiyini bildirmişdir. Digər xətaları qəbul etməyərək şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları, məhkəmə iclasında təqdim edilmiş sənədləri və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Qusar rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru X7 şikayət ərizəsi təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Quba-Xaçmaz regional şöbəsinin 16 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, X7 məhkəmə iclasında verdiyi izahatdan görünür ki, o həmin xətaların mövcudluğunu qəbul edir, lakin həmin xətaların onun tərəfindən deyil tabeçiliyində olan müvafiq şöbələr tərəfindən törədildiyinə görə özünü həmin xətalar üzrə təqsirli hesab etmir. Məhkəmə isə buna münasibətdə hesab edir ki, həmin xətalara səbəb olmuş sənədlərin Hacıyev Kamil tərəfindən imzalanmış və cavabdeh şəxs onun özüdür. Belə ki, məhkəmə həmin sənədlərin icraçısının kimliyindən asılı olmayaraq həmin sənədlərin Hacıyev Kamil tərəfindən imzalanmadığı təqdirdə həmin sənədlərin hüquqi qüvvəsinin yaranmadığını və nəticədə həmin xətaların baş verməyəcəyini nəzərə alaraq X14 barəsində qəbul edilmiş qərarı qanuni və əsaslı sayır. Məhkəmə aşağıdakı əsasları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar
3. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 2-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: o) elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək. Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: k) elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək; l) elektron informasiya sisteminə strukturuna, peşə və vəzifələrin iyerarxiyasına uyğun ştat vahidlərini daxil etmək. Maddə 44. Əmək müqaviləsinin forması
1. Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Maddə 45. Əmək müqaviləsinin müddəti
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. 1)Məhkəmə şikayət ərizəsində qeyd olunan Flora Mirzağayeva ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə təsdiq olunmuş əmək müqaviləsinin (kontraktın) nümunəvi formasında kağız üzərində müddətli bağlanmışdır, Əmək müqaviləsi tərəflərin imzaları və xəstəxanasının möhürü ilə təsdiq olunmuşdur, bir nüsxə Flora Mirzağayevaya verilmiş, ikinci nüsxəsi onun şəxsi işində saxlanılmışdır, elektron informasiya sistemindəki əmək müqaviləsi bildirişdə iş saatları, əmək haqqı bölmələrinə dəyişikliklər aparılsada əmək müqaviləsinin müddəti bölməsində texniki səhv olaraq müddətsiz sözü müddətli sözü ilə əvəz edilməmişdir, elektron informasiya sistemindəki (ƏMAS) əmək müqaviləsi bildirişi tərəflərin imzaları və möhürü ilə təsdiq olunmamışdır, həm də müqavilə üzərindəki QR-kodun altındakı məlumatlar da oxunmur, əmək müqaviləsinin müddətsiz olduğunu təsdiq etmir, buna görə də elektron informasiya sistemindəki əmək müqaviləsi tərəflərin imzaları və möhürü ilə təsdiq edilmədiyi üçün hüquqi qüvvəyə malik olmadığını deməyə əsas verir, buna əsasən X16 Mirzağayeva ilə Əmək Məcəlləsində göstərilən formada kağız üzərində bağladıqları əmək müqaviləsini onun elektron informasiya sistemində olan əmək müqaviləsi bildirişi ilə müqayisədə daha üstün hüquqi qüvvəyə malik olduğunu nəzərə almalı idi, X17 xəstəxana ilə Flora Mirzağayeva ilə arasında bağlanmış gerçək, orijinal, yazılı, tərəflərin imzaları və dövlətin möhürü ilə təsdiq olunmuş əmək müqaviləsini kağız parçası hesab edir, elektron informasiya sistemindəki əmək müqaviləsi bildirişini hüquqi sənəd kimi qəbul edir fikrinə belə qiymət verir ki, həmin fikir özünü müdafiə xarakterlidir və həmin fikir yuxarıda sadalanan Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarının tələblərinə ziddir. 2). Qusar rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru X24 izahatında bildirmişdir ki, Flora xanımın əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşçiyə son haqq-hesabın ödənilməsi xx.xx.2024-cü il tarixdə olmuşdur. 7 gün gecikmənin əsas səbəbi xəstəxananın həmin işlərə baxan maliyyə şöbəsinin olduğunu bildirmişdir. Həmçinin, həmin 7 gün gecikmənin səbəblərinin maliyyə şöbəsindən tələb etmişdir. Maliyyə şöbəsinin xx.xx.2024-cü il tarixdə son haqq-hesabın ödənilməsi ilə bağlı olan sənədi isə özü imzalamışdır. Bu izahata əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri pozulmuşdur. 3). Hazırki iş üzrə X7 təqdim etdiyi sənədlərdən məlum olur ki, onun tərəfindən Mirzağayeva Floraya əsas məzuniyyət 21 təqvim günü olaraq verilmişdir. Halbuki həmin işçinin tutduğu vəzifə anbar bölmə müdiri vəzifəsidir. Şikayətçi tərəf həmin vəzifənin işə götürən tərəfindən məsul vəzifə olmadığını əsaslandıraraq ona əsas məzuniyyət gününün 30 təqvim günü yox 21 təqvim günü olaraq verilməsini bildirmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, həmin maddədə əsas məzuniyyət gününün 30 təqvim günü verilməsi müəssisənin rəhbər işçilərinə şamil edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin №3204, 29 noyabr 2005-ci il tarixli qeydiyyatı ilə dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli, 24-2№-li qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X3”-nda “Anbar müdiri” müəssisənin rəhbər işçiləri siyahısına daxil edilmişdir. Bunu nəzərə alaraq həmin vəzifənin müəssisənin rəhbər işçi siyahısına daxil olduğunu nəzərə alaraq məhkəmə həmin vəzifədə çalışan işçinin əsas məzuniyyət gününün 30 təqvim günü verilməli olduğu halda, 21 təqvim günü əsas məzuniyyət günləri verilmişdir. Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 4). Hazırki iş üzrə şikayətçi tərəf Mirzağayeva Floraya istifadə edilməmiş məzuniyyət günlərinin əvəzinin pul ilə ödənilməsi barədə məhkəməyə heç bir sübut və sənəd təqdim edilməmişdir. Həmin hissə üzrə sübutetmə vəzifəsi şikayətçinin üzərinə qoyulduğundan və şikayətçi tərəfin həmin halın sübuta yetirilməsi üçün zəruri olan hərəkətləri etmədiyindən məhkəmə tərəfindən həmin xətanın törədildiyi qət edilir. Maddə 172. Əmək haqqının verilməsi müddətləri İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 5).Məhkəmə, iclasında şikayətçi tərəf Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərini pozduğunu etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 17. Vəzifəli şəxslərin inzibati məsuliyyəti Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru X14 vəzifəli şəxsdir. Maddə 116. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi 116.1. Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Məhkəmə, hazırkı iş üzrə iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati cərimənin şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Çünki, hazırkı iş üzrə aradan qaldırılması mümkün olmayan hüquqpozmalar mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin tədbiq edilməsi işin lüzumsuz yerə uzadılmasına səbəb olacaqdır. 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 135.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. 136.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Məhkəmə, yekun olaraq iş materiallarının, məhkəmə iclasında verilən izahatlara, məhkəmə iclasında təqdim edilmiş sənədlərin tədqiqinə əsaslanaraq hesab edir ki, Qusar rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru X7 şikayət ərizəsinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Quba-Xaçmaz regional şöbəsinin 16 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:
Şikayət ərizəsi təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Quba-Xaçmaz regional şöbəsinin X7 barəsində Azərbaycan Respublikasının İXMnin 192.6-cı maddəsi ilə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Hakim: Əli Cəlilov