Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-196/2025 03.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Vəzfəli şəxs, Qusar rayonu, Həsənqala kəndində yerləşən, Qum-Çınqıl karxanasının rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının FHN DYNX X3 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vəzifəli şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Qusar rayonu Həsənqala kəndində yerləşən Qum-çınqıl karxanasında Şimal RDYNİ-nin xx.xx.2025-ci il tarixli 3-18-79/Q-45/2025 nömrəli qərarına əsasən planlı YTM üçün şərait yaratmamışdır. Həmin faktla bağlı Azərbaycan Respublikasının FHN DYNX X3 Yanğın Nəzarəti İdarəsinin DYNŞ-nin inspektoru, X1 tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qusar rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının FHN DYNX X3 Yanğın Nəzarəti İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək protokolda göstərilən xüsusatları müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Vəzifəli şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 64.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs və Azərbaycan Respublikasının FHN DYNX X3 Yanğın Nəzarəti İdarəsininnin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-18-79/Q-451/2025 nömrəli planlı (növbəti) yoxlamasının aparılması haqqında qərardan görünür ki, Qusar rayonu, Həsənqala kəndində yerləşən Qum-çınqıl karxanasında xx.xx.2025-xx.xx.2025-ci il tarixləri aralığında sahibkarlıq subyektində illik plana əsasən planlı yoxlamanın aparılması qərar alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, KY252301773 saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, planlı yoxlamanın aparılması haqqında məlumat vahid məlumat reyestrində yerləşdirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-18-79/2-H-630-100/SO/2025 nömrəli məktubdan görünür ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol poçt vasitəsi ilə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, vəzifəli şəxs Şəxs heç bir üzrlü səbəb olmadan üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Həmin hərəkəti ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanın törətməsi iş materiallarında olan Azərbaycan Respublikasının FHN DYNX X3 Yanğın Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və inzibati xəta haqqında protokolla əlavə edilmiş şənədlər ilə sübuta yetirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-196/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-196/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver