Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-2/2021 01.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Vəzfəli şəxs Qusar rayonu Aşağı Ləyər bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vəzifəli şəxs Qusar rayonu Aşağı Ləyər bələdiyyəsinin sədri Şəxs “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələblərini pozaraq, xx xxxxxx 2020-ci il tarixli, 12 saylı iclasının qərarının (aktlarının) surətlərini bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqana qəbul edildiyi andan 05 (beş) gün müddətinə göndərilməli olduğu halda, həmin müddətdən gec (Xaçmaz Regional Ədliyyə İdarəsinə) təqdim etmişdir. Həmin faktla bağlı Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi X1 tərəfindən Qusar rayonu Aşağı Ləyər bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli 14№-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qusar rayon məhkəməsinə göndərilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, vəzifəli şəxs Şəxs heç bir üzürlü səbəb olmadan üzərinə düşən öhdəliklərini qanunla müəyyən edilmiş müddət ərzində yerinə yetirməmişdir. Həmin hərəkəti ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanın törətməsi iş materiallarında olan özünün izahatı və iş materiallarında olan Xaçmaz regional ədliyyə idarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 14№-li inzibati xəta haqqında protokol və inzibati xəta haqqında protokolla əlavə edilmiş şənədlər ilə sübuta yetirilir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə-vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Qusar rayonu Aşağı Ləyər bələdiyyəsinin sədri Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Vəzifəli şəxs Qusar rayonu Aşağı Ləyər bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-2/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-2/2021
01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver