Məhkəmə qərarları › İş №3(029)-2/2022

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-2/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-2/2022 10.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Adil Yaqub oğlu Vəliyev xx.xx.1975-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Səfiyulla oğlu haqqında Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialları Qusar rayon məhkəməsinin binasında nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Səfiyulla oğlu 20.12.2021-ci il tarixdə saat 15:30 radələrində Qusar şəhər bazarında satılması qadağan olunmuş malları (pirotexniki vasitələri) satmışdır. Həmin faktla bağlı Qusar rayon Polis şöbəsi tərəfindən 20 dekabr 2021-ci il tarixli MN 1169504-1398 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Həmin material 10 yanvar 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli 1361 saylı Fərmanı ilə təsdiq edilmiş “rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın 8.1-ci hissəsinə əsasən inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – iqtisadiyyat naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, tabeliyində olan regional bölmələrin rəhbərləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi tərəfindən tərtib edilir. Həmin Siyahının 45, 45.2-ci hissələrinə əsasən Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin satılması, yaxud qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı qadağan edilmiş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) istisna olmaqla malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən tərtib edilir. Göründüyü kimi, təqdim edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xətanın bilavasitə obyekti olan mallar pirotexniki vasitələr olmaqla qida məhsullarına, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərə aid deyildir. Belə mallara münasibətdə Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokolun tərtib edilməsi isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq vəzifəli şəxslərinin deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin müvafiq vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Bununla da, hazırkı inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs Səfiyulla oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 20.12.2021-ci il tarixli MN 1169504-1398 saylı protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduğundan inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş Qusar rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Səfiyulla oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 20.12.2021-ci il tarixli MN 1169504-1398 saylı protokol və ona əlavə edilmiş sənədlər Qusar rayon Polis Şöbəsinə geri qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar