Məhkəmə qərarları › İş №3(029)-2/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-2/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-2/2025 06.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X7 oğlunun katibliyi ilə xx.xx.1990-cı ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 207, mənzil 288-də qeydiyyatda olmaqla yaşayan X6 haqqında Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Xaçmaz Gömrük idarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, xx.xx.2024-ci il tarixdə, saat 09:20 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Gürcüstan Respublikası vətəndaşı X4 idarə etdiyi "Daf FT XF 105.460” markalı 99RF810/99ZE801 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin qoşqusunun sol van tərəfində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdəki kəsilmiş halda olan plastik qabların içindən gömrük nəzarətinə bəyan edilməyən 14 ədəd “Raspivet 200q", 5 ədəd “Raspivet 100q”, 8 ədəd “Trixovet 200 q”, 5 ədəd “Salmovet 100 q”, 8 ədəd “Koksivet 100 q”, 4 ədəd 100 həblik "TpuxoBeT", 1 ədəd “Mltıvita Complex 200q” markalı dekorativ quşlar üçün qida əlavələri, həmçinin nəqliyyat vasitəsinin kabinasından yataq yerinin üst hissəsindən və kabinada yuxarı hissədə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən 5 ədəd “Kremlin 1 İ” markalı araqlar aşkar olunaraq protokol əsasında götürülmüşdür. İş üçün əhəmiyyətini nəzərə alıb, ekspertiza təyin edilməsi barədə qərardad tərtib olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ticarət və X1 Birliyinin ekspertlərinə həvalə olunmuşdur. Azərekspertiza Birliyinin xx.xx.2024-cü il tarixli 015/24-X saylı ekspertiza aktına əsasən 14 ədəd “Raspivet 200q”, 5 ədəd “Raspivet 100q”, 8 ədəd “Trixovet 200 q”, 5 ədəd "Salmovet 100 q”, 8 ədəd "Koksivet 100 q", 4 ədəd 100 həblik “TpnxoBeı”, 1 ədəd “Mltıvita Complex 200q’’ markalı dekorativ quşlar üçün qida əlavələri, həmçinin 5 ədəd “Kremlin 1 İ" markalı araqların xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 826,00 (səkkiz yüz iyirmi altı) manat müəyyən edilmişdir. Bir ədəd bir litrlik “Kremlin" markalı aradın ekspertiza tədqiqatına sərf edildiyi ekspertiza aktında qeyd edilmişdir. Faktla bağlı Xaçmaz Gömrük İdarəsinin, Təhqiqat şöbəsinin təhqiqatçısı, X2 tərəfindən X6 barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə 17 dekabr 2024-cü il tarixli, № 01400-09655/24 nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 64.3 maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 015/24-X №-li ekspertiza aktına əsasən, xx.xx.2024-cü il tarixdə, saat 09:20 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Gürcüstan Respublikası vətəndaşı X4 idarə etdiyi “Daf FT XF 105.460” markalı 99RF810/99ZE801 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin qoşqusunun sol yan tərəfində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdəki kəsilmiş halda olan plastik qabların içindən gömrük nəzarətinə bəyan edilməyən 14 ədəd “Raspivet 200q”, 5 ədəd “Raspivet 100q”, 8 ədəd “Trixovet 200 q”, 5 ədəd “Salmovet 100 q”, 8 ədəd “Koksivet 100 q”, 4 ədəd 100 həblik “Trixovet”, 1 ədəd “Mltıvita Complex 200q” markalı dekorativ quşlar üçün qida əlavələri, həmçinin nəqliyyat vasitəsinin kabinasından yataq yerinin üst hissəsindən və kabinada yuxarı hissədə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən 5 ədəd “Kremlin ” 1 İ markalı araqlar aşkar olunaraq protokol əsasında götürülmüşdür. Ekspertizaya 14 ədəd “Raspivet 200q”, 5 ədəd “Raspivet 2-1 porşok, 100q”, 8 ədəd “Trixovet 2-1 porsok, 200 q”, 5 ədəd "Salmovet 100 q", 8 ədəd “Koksivet 100 q”, 4 ədəd 100 həblik “Trixovet”, 1 ədəd “Multıvita Complex 200q" markalı dekorativ (göyərçinlər) quşlar üçün qida əlavələrinin və 5 ədəd üzərində “Kremlin Award” 40% alk. Classic Vodka yazısı yazılmış 1 litrlik araqlar təqdim edilmişdir. Üzərindəki yazılara əsasən təqdim edilmiş (dekorativ quşlar) qida əlavələrinin RF-də istehsal olunmuş, saxlama müddətləri 2026-ci ilə qədərdir. Araqlar isə “Rodnik" ASC tərəfindən, 443022, samara vilayəti, Rusiya Fderasiyasında,(QQST12712-2013) istehsal olunmuşdur. Aparılmış tədqiqat nəticəsində, beynəlxalq şəbəkə internet vasitəsilə müxtəlif saytlarda aparılan axtarışların nəticəsinə və Xaçmaz şəhərində yerləşən ticarət mağazalrından, baytarlıq apteklərindən alınan məlumtlara əsasən təqdim edilmiş malların xx.xx.2024-cü il tarixə mövcud olan orta bazar (satış) qiymətləri aşağıdaki kimi müəyyə edilmişdir: 1) “Raspivet” 4 v 1, 200q. dekorativ quşlar üçün qida əlavəsi 1 ədəd- 12 (on iki) manat təşkil edir, cəmi 14 ədədinin qiyməti 168 manatdır. 2) “Raspivet” 2 v 1 poroşok, 100 qr qida əlavəsi 1 ədəd – 6 (altı) manat təşkil edir, cəmi ədədinin qiyməti 30 manatdır. 3) “Trixovet” 2 v 1 poroşok, 200 qr dekorativ quşlar üçün qida əlavəsi 1 ədədi- 15 manat təşkil edir, cəmi 8 ədədinin qiyməti 120 manatdır. 4) “Trixovet” 100 həblik, 100 q” dekorativ quşlar üçün qida əlavəsi 1 ədədi – 10(on) manat təşkil edir,cəmi 4 ədədinin qiyməti 40 manatdır. 5) Salmovet 100 q” dekorativ quşlar üçün qida əlavəsi 1 ədədi- 11 (on bir) manat təşkil edir, cəmi 5 ədədinin qiyməti 55 manatdır . 6) “Koksivet 100 q" dekorativ quşlar ücün qida əlavəsi 1 ədədi- 11 (on bir) manat təşkil edir, cəmi 8 ədədinin qiyməti 88 manatdır 7) “Multıvita Complex 200q” dekorativ quşlar üçün qida əlavəsi 1 ədədi- 25 (iyirmi bes) manat təşkil edir, cəmi 1 ədədinin qiyməti 25 manatdır. 8) “ Kremlin Avard” 1 l-lik araq 1 ədədi- 60 (altmış) manat təşkil edir, cəmi 5 ədədinin qiyməti 300 manatdır. Təqdim edilmiş malların ümumi dəyəri: 826 (səkkiz yüz iyirmim altı) manat məbləğindədir. Qeyd: Bir ədəd 1 l-lik “ Kremlin Avard” markalı araq ekspertiza tədqiqatına sərf edilmişdir. İş üzrə ekspertiza dəyəri 30 manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, X6 həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı X6 xx.xx.2024-ci il tarixdə, saat 09:20 radələrində 14 ədəd “Raspivet 200q", 5 ədəd “Raspivet 100q”, 8 ədəd “Trixovet 200 q”, 5 ədəd “Salmovet 100 q”, 8 ədəd “Koksivet 100 q”, 4 ədəd 100 həblik "TpuxoBeT", 1 ədəd “Mltıvita Complex 200q” markalı dekorativ quşlar üçün qida əlavələri, həmçinin , 5 ədəd “Kremlin 1 İ” markalı araqları gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyədək icraat zamanı inzibati xətanın bilavasitə obyekti olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış cəmi 4 ədəd “Kremlin 1 İ" markalı araqlar, həmçinin 14 ədəd “Raspivet 200q”, 5 ədəd “Raspivet 100q”, 8 ədəd “Trixovet 200 q”, 5 ədəd "Salmovet 100 q”, 8 ədəd "Koksivet 100 q", 4 ədəd 100 həblik “Trixovet”, 1 ədəd “Mltıvita Complex 200q’’ markalı dekorativ quşlar üçün qida əlavələri müsadirə olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş materiallarında olan məhkəmə ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 30 (otuz) manat təşkil edir və dövlət hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, ekspertiza tədqiqatından sonra qalıq qalmış cəmi 4 ədəd “Kremlin 1 İ" markalı araqlar, həmçinin 14 ədəd “Raspivet 200q”, 5 ədəd “Raspivet 100q”, 8 ədəd “Trixovet 200 q”, 5 ədəd "Salmovet 100 q”, 8 ədəd "Koksivet 100 q", 4 ədəd 100 həblik “Trixovet”, 1 ədəd “Mltıvita Complex 200q’’ markalı dekorativ quşlar üçün qida əlavələri müsadirə edilsin. İş üzrə məhkəmə məsrəfləri 30 (otuz) manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar