Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-20/2021 01.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx xxxx 1994-cü ildə Rusiya Federasiyası, Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyası, Dağıstan Respublikası, Qayakənd rayonu, Qayakənd kəndi, ev 38 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ M: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 08:30 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Rusiya Federasiyası vətəndaşı Şəxs idarə etdiyi “Volva FH 440” markalı B752AC178/AM741839 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, kabinada tavan hissədə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerin altındakı boşluqdan, kabinanın tavan hissəsindəki əşyalar qoymaq üçün nəzərdə tutmuş yerdən, kabinadakı yataq yerinin üzərindəki gödəkçənin ciblərindən gömrük nəzarətinə bəyan olunmayan 90 qutu, hər qutuda 36 kapsul olmaqla ümumilikdə 3240 kapsul “Fatzorb” adlı dərman vasitələri, nəqliyyat vasitəsinin kabinasının tavan hissəsindəki əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd qutusu və aksesuarları ilə birlikdə “İphone 11 pro 64 GB” markalı mobil telefon aşkar olunaraq götürülmüş və Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin Təhqiqat Bölməsinə təhvil verilmişdir. Həmin faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı X1 tərəfindən inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə №01400-1647/20 saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxxxx 2020-ci il tarixli, 6/2716, 9/5587 və xx xxxxxx 2020-ci il tarixli, 5/931 saylı ekspertiza rəylərinə əsasən, tədqiqata təqdim edilmiş sensor ekranlı “İOS” əməliyyat sistemi ilə təchiz edilmiş bir ədəd “İphone 11 Pro” markalı (Midnight Green) “A2215” modelli mobil smartfon istifadəyə yararlıdır, tədqiqata təqdim edilmiş bir ədəd parça torbadakı 89 ədəd üzərində “Fatzorb 36 capsules December 2023” göstəricisi olan 3204 kapsulun (hər qutuda 36 kapsul olmaqla) kapsullar “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılar”-na və “Güclü təsir edən maddələrin və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Tədqiqata təqdim olunmuş kapsulların qablaşması üzərindəki tarix göstəricilərinə görə yararlılıq müddəti keçməmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş 1 adda qida əlavəsi və 1 adda uyğunluq sertifikatı, qeydiyyatı və zəmanəti olmayan mobil telefonun ümumilikdə xx xxxxxx 2020-ci il tarixə orta bazar qiyməti təxminən 6300,00 (altı min üç yüz) manat müəyyən edilmişdir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs oğlunun həmin inzibati xətanı törətməsi iş materialında olan özünün izahatı və hal şahidlərinin izahatları, xx xxxxxx 2020-ci il tarixli, № 01400-1674/20 saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsinin tətbiq edilməsini məqsədəuyğun hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-сı maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan Şəxs götürülmüş, Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin Təhqiqat Bölməsinə təhvil verilmiş, xx xxxxxx 2020-ci il tarixə orta bazar qiyməti təxminən 6300,00 (altı min üç yüz) manat olan, kabinada tavan hissədə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerin altındakı boşluqdan, kabinanın tavan hissəsindəki əşyalar qoymaq üçün nəzərdə tutmuş yerdən, kabinadakı yataq yerinin üzərindəki gödəkçənin ciblərindən gömrük nəzarətinə bəyan olunmayan 90 qutu, hər qutuda 36 kapsul olmaqla ümumilikdə 3240 kapsul “Fatzorb” adlı dərman vasitələri, nəqliyyat vasitəsinin kabinasının tavan hissəsindəki əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd qutusu və aksesuarları ilə birlikdə “İphone 11 pro 64 GB” markalı mobil telefon müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-20/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-20/2021
01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver