Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-20/2024 12.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi, Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizə Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs ASC barəsində Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizə Xidmətindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə X-38-14,Qusar-Əniq-Ləzə yerli əhəmiyyətli avtomobil yolunun 6-cı kilometrliyində (Qusar rayonu,Heydər Əliyev prospekti) Şəxs ASC tərəfindən yol hərəkəti təhlükəsizlik qaydaları pozularaq,müvafiq icazə alınmadan avtomobil yolunun təhkim zolağında kommunikasiya xətti çəkilmişdir. Həmin faktla bağlı Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizə Xidmətinin bölgə rəisi X2 tərəfindən Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 354.0.2ci maddəsi ilə, xx.xx.2024-cü il tarixli, MN seriyalı,1777988 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında,protoklu müdafiə etdiklərini bildirmiş,”AZƏRİŞİQ” ASC tərəfindən xx.xx.2024-cü il tarixdə X-38-14,Qusar-Əniq-Ləzə yerli əhəmiyyətli avtomobil yolunun 6-cı kilometrliyində (Qusar rayonu,Heydər Əliyev prospekti) yol hərəkəti təhlükəsizlik qaydaları pozularaq,müvafiq icazə alınmadan avtomobil yolunun təhkim zolağında kommunikasiya xətti çəkilməsi faktını təsdiq etdiyini bildirmişdir.Həmçinin Şəxs ASC tərəfindən həmin yolda işlərin görülməsi üçün onlara yazılı yaxud şifahi məlumat verilməmişdir.Həmin ərazinin onların balansında olması məhkəməyə təqdim olunmuş sənədlərlə təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-ə məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs ASC- nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəmə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs ASC həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs ASC-nin həmin inzibati xətanı törətməsi, xx.xx.2024-cü il tarixli, MN seriyalı,1777988 nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, Qusar-Əniq-Ləzə yerli əhəmiyyətli avtomobil yolunun 6-cı kilometrliyində (Qusar rayonu,Heydər Əliyev prospekti Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizə Xidmətinin balansındadır.Şəxs ASC qanunla müəyyən olunmuş qaydada icazə almadan həmin ərazidə kommunikasiya xətti çəkmişlər. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq Şəxs ASC barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs ASC (VÖEN №**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-сi maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-20/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-20/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver