Məhkəmə qərarları › İş №3(029)-200/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-200/2021

14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-200/2021 14.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu xx xxxxx 1986-cı ildə Qusar rayonu Əniğ kəndində anadan olmuş, həmin kənddə yaşayan, ailəli, Azərbaycan Respublikasının vətəndaşı Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(029)- 274/2020 saylı icra sənədinə əsasən Şəxs Qusar rayon Notariat Ofisində təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli borc müqaviləsi üzrə 5000 (beş min) manat və xx xxxxx 2019-cu il tarixli borc müqaviləsi üzrə 5500 (beş min beş yüz) manat, cəmi 10500 (on min beş yüz) manat borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub X1 verilməlidir. Borclu Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyinin icrasından yayınmış, qərəzli olaraq icra sənədini icra etməmişdir. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx xxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(029)-274/2020 saylı qətnaməsinə əsasən ondan cəmi 10500 (on min beş yüz) manat borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub X1 verilməlidir. O, həmin məbləğlə razı deyil, onun həmin şəxsə 7500 manat borcu vardır. O, qərarla razı olmadığına görə apelyasiya şikayəti vermiş, həmçinin maddi imkanı olmadığına görə borcu ödəyə bilməmişdir. Onun şikayəti Sumqayıt Apelyasya Məhkəməsində təmin edilməmiş, bu səbəbdən də, kassasiya şikayəti vermis, lakin müddətin ötürülməsi səbəbi ilə şikayət geri qaytarılmışdır. Bundan sonra o, müddətin bərpası ilə əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət etmiş, lakin, müraciətinə hazıradək cavab verilməmişdir. Onun həqiqətən də, 7500 manat borcunun olması barədə şahidləri var və həmin şahidlər Ali Məhkəmədə dindirilməlidirlər. Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. İcra məmurlarının çağırışlarına isə ona görə getməmişdir ki, o, Ali Məhkəməyə şikayət vermis və şikayətin cavabını gözləmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında göstərmişdir ki, Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(029)- 274/2020 saylı icra sənədinə əsasən Şəxs Qusar rayon Notariat Ofisində təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli borc müqaviləsi üzrə 5000 (beş min) manat və xx xxxxx 2019-cu il tarixli borc müqaviləsi üzrə 5500 (beş min beş yüz) manat, cəmi 10500 (on min beş yüz) manat borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub X1 verilməlidir. Həmin icra sənədi üzrə borclu Şəxs dəfələrlə icra şöbəsinə çağırılsa da, bir neçə dəfə çağırışlara gəlməkdən imtina etmiş, icra sənədinin icrasını təmin etməmiş, indiyədək heç bir ödəniş etməmişdir. Odur ki, həmin şəxsin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 2516/20 saylı bildirişin surətindən görünür ki, Qusar rayon məhkəməsi tərəfindən verilmiş 2(029)-274/2020 saylı xx xxxx 2020-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(105)-2705/2020 saylı qətnaməsinin surətindən görünür ki, Qusar rayon məhkəməsinin məlum qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020ci il tarixli qərarının surətindən görünür ki, Qusar rayon məhkəməsi tərəfindən verilmiş 2(029)-274/2020 saylı xx xxxx 2020-ci il tarixli icra sənədi üzrə icraat, qətnamədən apelyasiya şikayəti verildiyi üçün dayandırılmışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli məktubunun surətindən görünür ki, həmin məhkəmənin 2(029)-274/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış, ona görə də, həmin qətnamə üzrə verilmiş icra vərəqəsinin icrasının davam etdirilməsi xahiş olunmuşdur. İş materiallarında Qusar rayon İcra və probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, 2(029)-274/2020 saylı xx xxxx 2020-ci il tarixli icra sənədi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Şəxs xx.xx.2021 və xx.xx.2021-ci il tarixli izahatlarının surətlərindən görünür ki, həmin şəxs borc məbləği artıq göstərildiyi üçün qərarla razı olmadığını, Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini, ona görə də, borcu ödəmədiyini bildirmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. Göründüyü kimi, Qusar rayon məhkəməsinin 2(029)-274/2020 saylı xx xxxx 2020-ci il tarixli icra sənədi Qusar rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və Şəxs 10 gün tələbin könüllü icra müddəti verilmişdir. Həmin şəxs həmin icra sənədinin verilməsinə əsas olmuş qətnamədən apelyasiya şikayəti vermis, bu səbəbdən də, icra sənədi üzrə icraat dayandırılmış, həmin şikayət Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə təmin olunmamış və xx xxxxxx 2021-ci il tarixli qərarla icra sənədi üzrə icraat təzələnmişdir. Lakin, bundan sonra borclu icra sənədini yenidən icra etməmiş, buna niyyəti olmamış və borcu ödəməkdən yayınmışdır. Həmin şəxs öz izahatında Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini bildirsə də, qanunla müəyyən edilmiş müddət ərzində şikayət verməmiş və bu da əslində onun icra sənədinin icrasından bilərəkdən yayındığını təsdiq edir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs oğlu heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar