Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-200/2024 05.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, xx.xx.1977-ci ildə Qusar rayonu, Əniğ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu, Əniğ kəndində qeydiyyatda olmaqla yaşayan, evli, işləməyən Şəxs barəsində Qusar rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs “VAZ 21214 MİNİK” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyindən barəsində Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsi ilə EQ 17259949 saylı protokol tərtib olunmuş, inzibati xəta əsasında qəbul edilmiş cərimə növündə inzibati tənbeh etmə haqqında qərar qanuni qüvvəyə minmiş, həmin qərarı qanunla müəyyən olunmuş müddət ərzində heç bir əsaslı səbəb olmadan icra etməmişdir. Həmin faktla bağlı Qusar Qusar RPŞ DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq xx.xx.2024-cü il tarixli məktubla baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Qusar Qusar RPŞ DYPB-nin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Qusar RPŞ DYPB-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Şəxs sürücülük hüququ Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(029)-106/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsi ilə EQ 17259949 saylı protokol əsasında məhdudlaşdırılmışdır. EQ 17259949 nömrəli protokol üzrə yenidən icraat başlanılmış və yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin ədalətlilik prinsipinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə məhkəmə iş və araşdırma materiallarını nəzərə alaraq hesab edir ki, Şəxs sürücülük hüququ Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(029)-106/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsi ilə EQ 17259949 saylı protokol əsasında məhdudlaşdırıldığından və hal-hazırda Qusar RPŞ tərəfindən göndərilmiş materialda eyni protokol üzrə tərtib olunduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 9. Ədalətlilik prinsipi 9.2. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 114.1.4. İnzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin ədalətlilik prinsipini nəzərə alaraq, bir inzibati xətaya görə iki dəfə inzibati məsuliyyətə cəlb edilməsinə yol verilməzliyini və Şəxs sürücülük hüququnun EQ 17259949 saylı protokol əsasında Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(029)-106/2024 nömrəli qərarı ilə məhdudlaşdırılmasını nəzərə alaraq Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-200/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-200/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver