Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-201/2021 15.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu xx xxx 1989-cu ildə Qusar rayonu Şirvanovka kəndində anadan olmuş, həmin kənddə yaşayan, ailəli, Azərbaycan Respublikasının vətəndaşı Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(029)- 154/2020 saylı icra sənədinə əsasən Şəxs xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq aliment öhdəliyinin icrasından yayınmış, halhazırda onun 3200 manat məbləğində aliment borcu vardır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx xxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, aliment ödəməyə imkanı olmadığından həmin alimenti ödəmədiyini, hazırda da alimenti ödəmək iqtidarında olmadığını göstərmiş və barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 641/2020 saylı bildirişin surətindən görünür ki, Qusar rayon məhkəməsi tərəfindən verilmiş 2(029)-154/2020 saylı xx xxxxxx 2020-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020 və xx xxxxxx 2021-ci il tarixli qərarlarının surətlərindən görünür ki, Şəxs barəsində iki dəfə axtarış elan edilmişdir. İş materiallarında olan Qusar rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 149-7651-1221 saylı məktubun surətindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhərində saxlanılaraq həmin polis şöbəsinə təhvil verilmiş, oradan isə Qusar rayon İcra və Prpobasiya şöbəsinə təqdim olunmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, həmin şəxs imkanı olmadığından aliment ödəmədiyini, gündəlik 10-15 manata işlədiyini, həmin pulu da kirayə haqqı olaraq ödədiyini göstərmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin xx xxxxx 2021-ci il tarixli 1306/2021 saylı arayışından görünür ki, Qusar rayon məhkəməsinin 2(029)- 154/2020 saylı xx xxxxxx 2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 3200 (üç min iki yüz) manat məbləğində aliment borcu yaranmışdır. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. Göründüyü kimi, Şəxs Qusar rayon məhkəməsinin 2(029)-154/2020 saylı xx xxxxxx 2020-ci il tarixli icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmış, icra məmuru tərəfindən iki dəfə onun barəsində axtarış elan edilmiş, saxlanılaraq icra şöbəsinə təqdim olunsa da, həmin icra sənədinin icrasını təmin etməmiş, bundan qərəzli olaraq boyun qaçırmış, hazırda icra sənədi üzrə aliment borcu 3200 manat təşkil edir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə aliment borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-201/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-201/2021
15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver