Məhkəmə qərarları › İş №3(029)-204/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-204/2021

19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-204/2021 19.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx xxxxxxx 1992-ci ildə Qusar rayonu Mucuq kəndində anadan olmuş, həmin kənddə yaşayan, orta təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 18:00 radələrində Qusar rayonu Mucuq kəndində oğurluq hadisəsinə görə onu Qusar rayon Polis Şöbəsinə dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq qaçmağa cəhd etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə xx xxxxx 2021-ci il tarixli MN 1004236-390 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx xxxxx 2021-ci il tarixdə saat 18:00 radələrində Qusar rayonu Mucuq kəndində oğurluq hadisəsinə görə onu Qusar rayon Polis Şöbəsinə dəvət etmişlər, o, isə polis şöbəsinə gəlmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx xxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:40-da inzibati qaydada tutulmuş, xx xxxxx 2021-ci il tarixdə saat 15:00-da azad edilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin X6 polis nəfəri polis serjantı İlqar Cəlilovun xx xxxxx 2021-ci il tarixli raportundan görünür ki, həmin tarixdə Şəxs oğurluq hadisələri ilə əlaqədar polis şöbəsində ifadə verməyi və əl-barmaq izlərinin çıxarılmasından ötrü polis şöbəsinə getməsi bildirilmiş, lakin o, aqressiv şəkildə “mən heç yerə getmirəm” deyərək oradan çıxıb getmək istəmiş, həmin vaxt onu intizama dəvət etdikdə, həmin şəxs qəsdən qanuni tələblərə tabe olmayaraq öz əməllərini davam etdirmişdir. İş materiallarında olan Qusar RPŞ-nin X6 polis nəfərləri X3, X1 və X2 izahatlarından görünür ki, həmin şəxslər yuxarıda qeyd olunan raportda göstərilənləri təsdiq etmişlər. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs özünü təqsirli bilməsə də, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam sübuta yetirilmiş və ona görə də, o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Şəxs xx xxxxx 2021-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək 01 (bir) gün inzibati qaydada tutma müddəti tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq barəsində qəti olaraq 09 (doqquz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 18:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar