Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-204/2022 13.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1984-cü ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Balakən rayonu Qullar kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs 2021-ci ilin fevral ayının fevral ayında Rusiya Federasiyasının Moskva şəhərindən ümumi dəyəri az miqdarda, 15292,30 manat təşkil edən dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 25 qutu “Тамоксифен 20 мг”, 46 qutu ”Цетофлавин”, 58 qutu “Салофальк 500 мг”, 3 qutu “Velakast”, 9 qutu “Ledifos”, 3 qutu “Hepcinat Plus”, 6 qutu “Velasof”, 10 qutu “Везопростан”, 3 qutu “Вазостенон 20 мкг/мл”, 2 qutu “Реаферон- ЕС”, 2 qutu “Трайкор 145 мг”, 2 qutu “Лонгидаза 3000 МЕ”, 2 qutu “Джардинс 25мг” dərman vasitələrini 150 ABŞ dolları müqabilində Azərbaycan Respublikasına gətirilməsi məqsədilə tanımadığı şəxsdən əldə edərək həmin dərman vasitələrinin bir hissəsini idarə etdiyi “Mercedes Benz” markalı ** MK ***/** ZD *** nömrə nişanlı nəqliyyat vasitəsinin kabinasının xaricində yerləşən sağ və sol saxlanc yeşiklərində, digər hissəsini isə kabində olan yataq yerinin altında yerləşən soyuducunun arxasındakı boşluqda gizlədərək 07 mart 2021-ci tarixində saat 12 radələrində Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmişdir. Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli 10000-0023/22 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/990-9/1382 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi” dairəvi möhürlə əksi olan iki ədəd qutuda təqdim edilmişdir. Ümumi sayı 450 kapsuldan ibarət “Редуксин” adlı dərman preparatının tərkibində sibutraminin təsir maddəsinin ümumi miqdarı 6,75 qram təşkil edir. Sibutramin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Digər dərman vasitələri dərman formalarına və kimyəvi tərkiblərinə görə adlarına uyğundurlar (təsiredici maddələrin adları 1 №-li cədvəldə göstərilmişdir) və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Tədqiqata təqdim olunmuş dərman preparatlarının qablaşması üzərindəki tarix göstəricilərə görə yararlıq müddəti keçməmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş 14 adda dərman preparatlarının ümumilikdə xx.xx.2021-ci il tarixə orta bazar qiyməti təxminən 15363.10 manat müəyyən edilir. Həmin rəyin təsviri əsaslandırıcı hissəsindən görünür ki, 6 qutu “Редуксин” dərman vasitəsinin dəyəri 126,0 manat, həmin dərman vasitəsinin dəyəri çıxıldıqdan sonra digər dərman vasitələrinin cəmi dəyəri isə 15237,1 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2645 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Цетофлавин 10 МЛ” markalı dərman preparatlarının 1 ampulasının xx.xx.2021-ci il tarixə orta bazar qiyməti təxminən 2.40 manat, 23 ədədinin qiyməti isə 55,20 manat müəyyən edilir. 7 ədəd ampula sınıq vəziyyətdə olduğundan qiymətsiz hesab olunur. Beləliklə, 6 qutu “Редуксин” dərman vasitəsinin dəyəri olan 126,0 manat çıxıldıqdan sonra yuxarıda göstərilən iki rəy üzrə 13 adda dərman vasitələrinin cəmi dəyəri 15292,30 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 6/990- 9/1382 nömrəli xx.xx.2021-ci il tarixli, 9/2645 nömrəli xx.xx.2021-ci il tarixli və 6/1866 nömrəli xx.xx.2021-ci il tarixli rəylərində ümumi 14 adda dərman vasitələrinin cəmi qiyməti 15418.30 manat, “Редуксин” dərman vasitəsinin isə tərkibində sibutramin güclü təsir edən maddəsinin ümumi miqdarının 8,10 qram təşkil etdiyi nəzərə alınmışdır. Şəxs 23 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.3, 206.2 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittihama əlavələr edilərək ona CM-nin 200-1.2.2, 200- 1.2.3, 206.2 və 240.3.2-ci maddələri ilə yenidən ittiham elan olunması barədə qərar qəbul edilmiş, onun əməlində Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsinin tərkibi olduğu nəzərə alınaraq toplanmış materiallardan zəruri sənədlərin surətləri çıxarılıb baxılması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. Cinayət işi üzrə 07 mart 2021-ci il tarixdə aşkar edilərək götürülmüş qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən cəmi 15292,30 manat dəyərində, külli miqdarda 13 adda müxtəlif dərman vasitələrinin və tərkibində sibutramin güclü təsir edən maddəsinin ümumi miqdarı 8,10 qram təşkil edən 6 qutu “Reduksun” dərman vasitəsinin xx.xx.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınması və cinayət işi üzrə yekun məhkəmə qərarı qəbul edilənədək DGK-nın “Azərterminalkompleks” Birliyində saxlanılması nəzərə alınmışdır. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri 15292,30 manat təşkil edən dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatından keçməyən 25 qutu “Тамоксифен 20 мг”, 46 qutu ”Цетофлавин”, 58 qutu “Салофальк 500 мг”, 3 qutu “Velakast”, 9 qutu “Ledifos”, 3 qutu “Hepcinat Plus”, 6 qutu “Velasof”, 10 qutu “Везопростан”, 3 qutu “Вазостенон 20 мкг/мл”, 2 qutu “Реаферон-ЕС”, 2 qutu “Трайкор 145 мг”, 2 qutu “Лонгидаза 3000 МЕ”, 2 qutu “Джардинс 25мг” dərman preparatları müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-204/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-204/2022
13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver