Məhkəmə qərarları › İş №3(029)-204/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-204/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-204/2024 27.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X5 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Qusar rayonu, Aşağı Ləgər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Qusar rayonu, Çubuqlu kəndində qeydiyyatda olmaqla yaşayan X2 barəsində Qusar Rayon Prokurorluğundan daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş Qusar rayon prokuroru baş ədliyyə müşaviri Elxan Əbdürrəhimovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Həmin faktla bağlı Qusar rayon prokurorluğunun müstəntiqi Kənan İsmayılzadə tərəfindən tərəfindən araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və baxılması üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərarla Qusar rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən ayrılmış material əsasında X2 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəməyə ərizə təqdim edərək, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və bir daha belə qanunsuz hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs inzibati xəta haqqında qərarda göstərilən xüsusatları tam təsdiq edərək izahatında bildirmişdir ki, Şadıyev Cavadın tez-tez onun evinə sərxoş vəziyyətdə gələrək, onu döydüyünü və müxtəlif bədən xəsarətləri yetirdiyini bildirmişdir. Hazırda şikayətçidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Qusar rayon Şöbəsinin 304 saylı xx.xx.2024-cü il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-başın ənsə nahiyəsinin hematoması, sol əlin 4-cü barmağının şişkinliyi və qançısı küt əşyanın və ya əşyaların təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə döyülmə zamanı əmələ gələ bilərdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Qusar rayon Şöbəsinin 297 saylı xx.xx.2024-cü il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gözün bayır küncünün, sinəsinin sol tərəfinin qançırları xəsarətləri küt əşyanın təsirindən qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2024-cü il tarixdə şillə, yumruq, təpik zərbələri ilə vurulma nəticəsində, sol budun aşağı 1/3-nün ön səthinin qançırları isə müayinədən 14-16 gün əvvəl küt əşyanın təsirindən əmələ gələ bilərdi. Yuxarıda göstərilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla X2 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, X3 həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, X2 şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi təqdirdə qərar tərəflərə çatdıqdan 10 (on) gün sonra qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar