Məhkəmə qərarları › İş №3(029)-209/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-209/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-209/2022 09.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu xx.xx.1991-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Qusar rayonu Mucuq Palasa kəndində yaşayan Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-379/2020 saylı 13.01.2020ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X2 4906 manat aliment borcu yaranmışdır. Borclu aliment borcunu ödəməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 09.06.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş, əməlindən peşman olduğununu bildirərək izahatında göstərmişdir ki, onun tələbkar X2 4906 manat aliment borcu yaranmışdır. Hazırda o, “X8” MMC-də fəhlə işləməklə aylıq əmək haqqı 400 manat təşkil edir. Üç aydır ki, hər ay aylıq əmək haqqından 270 manat tələbkarın xeyrinə ödəyir. Maddi imkanı olmadığından yığılmış aliment borcunu vaxtında ödəyə bilməmişdir. Odur ki, cərimə olunmasını məhkəmədən xahiş etmişdir. Üç baş mal-qarası vardır və onları satıb gələcəkdə qalıq borcunu və təyin olunacaq cəriməni ödəyəcəkdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-379/2020 saylı 13.01.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 11.12.2019-cu il tarixdən başlayaraq 09.07.2012-ci il təvəllüdlü X5, 01.07.2014-cü il təvəllüdlü X4 və 03.10.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay hər bir uşaq üçün 100 (yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul və Zaur Fərzəliyevin 3 yaşa çatanadək 40 manat məbləğində aliment alınaraq X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxsə ünvanlanmış 13.02.2020-ci il tarixli 639/2020 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-379/2020 saylı 13.01.2020ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, o, “X8” MMC-də fəhlə işləməklə aylıq əmək haqqı 300 manat təşkil edir. Onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və digər gəlirləri isə yoxdur. İş materiallarında olan “X8” MMC-yə ünvanlanmış 20.04.2022-ci il tarixli 1297/2022 saylı məktubdan görünü ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-379/2020 saylı 13.01.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı həmin MMC-də fəhlə işləyən Şəxs əmək haqqından 70 faiz tutularaq X1 xeyrinə ödənilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 25.11.2020-ci il tarixli 3(029)- 532/2020 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətə inzibati həbs edilmişdir. İş materiallarında olan 09.12.2020-ci il tarixli 137/2020 saylı icra üçün yeni müddətin təyin edilməsi barədə bildirişindən görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-379/2020 saylı 13.01.2020-ci il tarixli icra vərəqəsi əsasında yaranməş 3100 manat aliment borcunun X3 ödənilməsi üçün Şəxs 10 gün müddət verilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 8(029)-1/2021 saylı 05.02.2021ci il tarixli qərardadan görünür ki, borclu Şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul olunmuş 22 fevral 2022-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, borclu Şəxs məcburi surətdə həmin şöbəyə gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materialarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul olunmuş 27 may 2022-ci il tarixli axtarışın elan edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmiş və icra edilməsi üçün Qusar RPŞ-yə göndərlimişdir. İş materiallarında olan Şəxs 08.06.2022-ci il tarixli izahatından görünür ki, o, Xaçmaz rayon məhkəməsinin 2(067)-379/2020 saylı 13.01.2020-ci il tarixli icra sənədinə əsasən tələbkar X2 olan aliment borcunu tam ödəyə bilmədiyini göstərmiş, həmçinin o, hal-hazırda fəhlə işlədiyini, 390 manat məbləğində maaş aldığını, maaşının 273 manatının aliment kimi tutulmasını, qalıq aliment borcunu maddi imkanı olanda tam ödəyəcəyini göstərmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 09 iyun 2022-ci il tarixli 1831/2022 saylı arayışından görünü ki, hal-hazırda borclunun tələbkara 4906 manat aliment borcu yaranmışdır. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs oğlu heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu alimenti ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Həmçinin Şəxs “X8” MMC-də fəhlə işləməklə aylıq əmək haqqı alır, aylıq əmək haqqından müvafiq qaydada aliment borcunu ödəyir. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar