Məhkəmə qərarları › İş №3(029)-209/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-209/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-209/2024 03.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X8 oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs Elsəvər oğlunun iştirakı ilə, xx.xx.2001-ci ildə, Qusar rayonu, Quxur-Oba kəndində anadan olan, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, subay, orta təhsilli, fərdi əməklə məşğul olan Şəxs Elsəvər oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Elsəvər oğlu xx.xx.2024-cü oı tarixdə, saat 23 radələrində, sərxoş vəziyyətdə polis işçisinin qanuni qələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi, X4 tərəfindən Şəxs Elsəvər oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elsəvər oğlu protokol üzrə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, hadisə zaman polis əməkdaşlarının iki şəxsi tutub apardığını görmüş. Sonradan polis əməkdaşlarına yaxınlaşaraq onları niyə tutub apardıqlarını soruşmuş və nəticədə onuda tutub aparmışlar. Heç bir polis əməkdaşlarını təhqir etməmiş və onlara müqavimət göstərməmişdir. Hadisə zamanı sərxoş olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, hadisə zamanı Sədullayev Elxan orada olmuş, polis əməkdaşlarını təhqir etmiş və onlar Sədullayev Elxanı nizam-intizama dəvət etəsələrdə onların dəvətinə müqavimət göstərmişdir. İş materiallarında olan, protokollaşdırma nömrəsi 07646 olan alktotest müayinə qəbzindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elsəvər oğlu hadisə zamanı 0.941% dərəcədə sərxoş olmuşdur. Beləliklə, məhkəmə iş materiallarını və şahid izahatını nəzərdən keçirib, hesab edir ki, Şəxs Elsəvər oğlu polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə X1 izahatını özünümüdafiə xarakterli hesab edir. X2 hadisə zamanı sərxoş olmuşdur. Məhkəmə şahid izahatını sübut kimi qəbul edərək X1 protokol üzrə təqsirli bilinməsini və həmin maddənin sanksiyasında göstərilən tənbehlərdən birinin verilməsini məqsədəmüvafiq hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Elsəvər oğlunun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxsin törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elsəvər oğlunun Vətən Müharibəsi iştirakçısı olmasını yüngülləşdirici hal qismində nəzərə alaraq onun barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elsəvər oğlu barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elsəvər oğlunun inzibati xətanın birinci dəfə törətməsini, Vətən Müharibəsi iştirakçısı olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elsəvər oğluna inzibati tənbeh tətbiq edərkən həbs seçilməsini məqsədə müvafiq hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Elsəvər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar