Məhkəmə qərarları › İş №3(029)-21/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-21/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-21/2021 01.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx xxxxxx 1981-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Masazır qəsəbəsi, ünvan 1 mənzil 24 qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ M: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF FTXF 105” markalı ** UT ***/** ZF *** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin kabinasında yataq yerinin sol tərəfindəki örtüyünün arxasında olan boşluqdan gömrük nəzarətindən gizlədilmiş 50 qutu hər qutuda 1 konvolyut, hər konvolyutda 5 ampul olmaqla cəmi 250 ampul “Этоксисклерол 30 мг/мл” dərman vasitələrini və kabinanın tavan hissəsindəki kondisionerin içərisində olan boşluqdan gömrük nəzarətindən gizlədilmiş qutusu və aksesuarları (adapter və qulaqcıq) olmayan 1 ədəd “İphone 11 Pro MAX 64 GB” və 1 ədəd “İphane X Space Gray 256 GB” markalı telefonlar aşkar olunaraq götürülmüş və Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin Təhqiqat Bölməsinə təhvil verilmişdir. Həmin faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı X1 tərəfindən inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə №01400-1510/20 saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 27 noyabr 2020-ci il tarixli 5/851 və xx xxxxxx 2020-ci il tarixli, 6/2453-9/4976 saylı ekspert rəyində tədqiqata təqdim edilmiş dərman vasitələrinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekusorların siyahısı”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil olmadığı, təqdim edilmiş dərman vasitələlərinin və mobil telefonların istifadəyə yararlı olduğu və aşkar edilmiş dərman vasitələrinin xx xxxxxx 2020-ci il tarixə mövcud olan orta bazar qiymətinin 805,00 (səkkiz yüz beş) manat, qutusu və aksesuarları (adapter və qulaqcıq) olmayan 1 ədəd “İphane X Space Gray 256 GB” markalı mobil telefonun orta bazar qiymətinin 900 (doqquz yüz) manat, qutusu və aksesuarları (adapter və qulaqcıq) olmayan 1 ədəd “İphone 11 Pro MAX 64 GB” markalı mobil telefonunun orta bazar qiymətinin 1800 (bir min səkkiz yüz) manat, ümumilikdə isə aşkar edilmiş predmetlərin orta bazar qiymətinin təxminən 3505,00 (üç min beş yüz beş) manat olması müəyyən edilmişdir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsinin tətbiq edilməsini məqsədəuyğun hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-сı maddəsi ilə təqsirli bilinib Şəxs götürülmüş, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin Təhqiqat bölməsinə təhvil verilmiş ümumilikdə aşkar edilmiş predmetlərin orta bazar qiymətinin təxminən 3505,00 (üç min beş yüz beş) manat olan, nəqliyyat vasitəsinin kabinasında yataq yerinin sol tərəfindəki örtüyünün arxasında olan boşluqdan gömrük nəzarətindən gizlədilmiş 50 qutu hər qutuda 1 konvolyut, hər konvolyutda 5 ampul olmaqla cəmi 250 ampul “Этоксисклерол 30 мг/мл” dərman vasitələri və kabinanın tavan hissəsindəki kondisionerin içərisində olan boşluqdan gömrük nəzarətindən gizlədilmiş qutusu və aksesuarları (adapter və qulaqcıq) olmayan 1 ədəd “İphone 11 Pro MAX 64 GB” və 1 ədəd “İphane X Space Gray 256 GB” markalı telefonlar müsadirə edilsin. Qərarın surətini təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar