Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-210/2022 09.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1993-cü ildə Qusar rayonu Avaran kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs narkotik vasitələrin saxlanılmasında və gəzdirilməsində şübhəli olduğundan 07.06.2022-ci il tarixdə saat 12:35 radələrində Qusar şəhəri avtovağzal dairəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən şəxsi istehlak miqdarında 3,963 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış, 08.06.2022ci il tarixli qərarla həmin xüsusat üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdr. Qusar RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən polis leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN 1352671-271 saylı 08.06.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, o, arabir narkotik vasitə olan marixuanadan istifadə edir. 07.06.2022-ci il tarixdə saat 12 radələrində şəxsi istifadəsi üçün qurudulmamış marixuana üzərində olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə dəvət olunmuş, orada həmin marixuana ondan aşkar olunaraq götürülmüşdür. Hazırda əməlindən peşmandır, səhv etmişdir, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Odur ki, barəsində cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08.06.2022-ci il tarixli 7/590 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxs üzərindən 01 ədəd kibrit qutusunda və 01 ədəd büküm...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi- 2,991 qram və həmin kibrit qutusunda 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi- 0,972 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Ümumi çəkisi-3.963 qramdır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın ümumi çəkisi-3,963 qramdır (1-2 nömrəli ob), tədqiqata sərf edildi-0,04 qram (hər obyektdən 0.02 qram), qalıq-3,923 qram. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin 08 iyun 2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Şəxs üzərindən aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış ümumi çəkisi 3,923 qram narkotik vasitə olan qurudulmamış marixuana və bir ədəd narkotik vasitə çəkən zaman istifadə etdiyi falqaya bükülmüş dəmir borucuq maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İş üzrə maddi sübut olan və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış ümumi çəkisi 3,923 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd narkotik vasitə çəkən zaman istifadə etdiyi falqaya bükülmüş dəmir borucuq məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış ümumi çəkisi 3,923 qram narkotik vasitə olan qurudulmamış marixuana və bir ədəd narkotik vasitə çəkən zaman istifadə edilən falqaya bükülmüş dəmir borucuq məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-210/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-210/2022
09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver