Məhkəmə qərarları › İş №3(029)-211/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-211/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-211/2023 22.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1, Əliyev Rahib Malik oğlunun katibliyi ilə xx xxxxxx 1999-cu ildə Qazaxıstan Respublikası Pavlodar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində Bakl-Quba-Dağıstan yolunun Qusar rayonu ərazisindən keçən 183-cü kilometrliyində VAZ-21074 markalı 40BL540 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən idarəetməni itirmiş və yolun sağ ehtiyat hissəsindəki kanala düşmüşdür. Həmin faktla bağlı Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, onun nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. O, xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində Bakl-Quba- Dağıstan yolunun Qusar rayonu ərazisindən keçən 183-cü kilometrliyində VAZ-21074 markalı 40BL540 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən idarəetməni itirmiş və yolun sağ ehtiyat hissəsindəki kanala düşmüşdür. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Hazırda törətdiyi əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ona görə də barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi 00445 olan alkotesterden çıxarışdan görünür ki, həmin tarixdə saat 09:18-də Şəxs qanında alkoqolun konsentrasiyası 0.084 faiz (0.840 promilli) olmaqla həmin şəxs sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13- 93/3-11162/2023 saylı arayışından görünür ki, Quba rayonu 2-ci Nügədi kənd sakini xx.xx.1999-cu il təvəllüdlü Şəxs adına DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemində hər hansı bir kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında ********** saylı xx.xx.2023-cü il tarixli elektron arayışdan görünür ki, Şəxs vətən müharibəsi iştirakçısı kimi 80.0 manat məbləğində müavinət təyin edilmişdir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi və bununla da Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təqdim edilmiş sənədlərlə, o cümlədən Şəxs özünün izahatı ilə tam təsdiqini tapmışdır. Odur ki, həmin şəxsin barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı, onun müharibə veteranı olmasını və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar