Məhkəmə qərarları › İş №3(029)-211/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-211/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-211/2024 03.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X2, məhkəmə iclas katibi Əliyev Rahib Malik oğlunun katibliyi ilə xx.xx.1980-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Qusar rayonu Quxuroba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Şəxs 02 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində sərxoş halda öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq onların işinə mane olmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, toy şənliyində olarkən saat təxminən 23 radələrində toyxananın önündə tanışlarını polis əmlaklarının apardığını görüb onlara mane olmaq istəmiş və buna görə də onu polis şöbəsinə aparmışlar. Hazırda törətdiyi əməlindən peşmandır, səhv etmişdir, üzr istəyir. Odur ki, barəsində cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan protokollaşdırma nömrəsi 07645 olan alkotesterdən çıxarışdan görünür ki, Şəxs qanında alkoqolun konsentrasiyası 1.207 promilli olmaqla o, sərxoş olmuşdur. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad olunan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsi isə məsuliyyəti ağırlaşdıran hal kimi qəbul edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İşin materiallarına görə Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 16:30-da azad olunmuşdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələblərinə uyğun inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, həmin normaya görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar