Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-213/2024 08.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş icraat aparılan şəxs Şəxs, xx.xx.1987-ci ildə Qusar şəhərində anadan olan, Qusar şəhəri, N.Həbibov 63B ünvanda qeydiyyatda olmaq həmin ünvanda yaşayan, evli, Azərbaycan Respublikası vətəndaşı, usta işləyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, Qusar şəhərində “Pionner” mağazasının yaxınlığında polisin qanuni tələblərinə qəsdən tabe olmamış və ucadan nalayiq küçə söyüşləri söyərək ictimai qaydanı pozmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2024cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokol üzrə özünü təqsirli bilməyərək ictimai qaydanı pozmadığını və heç kimi söymədiyini və təhqir etmədiyini bildirmişdir.Polis orqanında izahata özü imza etmiş, heç kim ona hədə qorxu, fiziki və ya psixi təzyiq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatından görünür ki, hadisə zamanı “Pioneer” marketin yanında 3 nəfər şəxsin söhbət etdiyini gördüyünü, onlara yaxınlaşaraq Qusar rayon, Hil kəndində baş vermiş ölüm hadisəsi ilə bağlı onlara suallar verdiyini, lakin Şəxs polis qurumunun ünvanına nalayiq ifadələr işlətdiyini, onları dəfələrlə nizam intizama dəvət etsələrdə heç bir nəticəsi olmamış və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə məhkəmə iş materiallarını və şahid izahatını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Şəxs məhkəmə iclasında verdiyi izahatı inandırıcı hesab etmir, özünümüdafiə xarakterli hesab edir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi məhkəmə iclasında dindirilmiş şahidin izahatı ilə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir 78.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. 78.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir Məhkəmə şahidin izahatını sübut kimi qəbul edir. Maddə 510. Xırda xuliqanlıq Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Polis haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin qanunun 3-cü maddəsinin 2-ci bəndində qeyd olunur ki, Polisin əsas vəzifələri aşağıdakılardır: ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək; yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyət göstərmək; şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda dövlət idarələrini və digər obyektləri mühafizə etmək; törədilmiş cinayətləri açmaq; cinayətlərin qeydiyyatını və uçotunu aparmaq; cinayətkarları aşkara çıxarmaq və tutmaq; səlahiyyətlərinə aid edilmiş işlər üzrə təhqiqat və istintaq aparmaq; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; kriminalistik və başqa tədqiqatların aparılmasını təmin etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada istintaq təcridxanalarında əməliyyat-axtarış fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı ilə birgə həyata keçirmək; hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən qorumaq məqsədi ilə müqavilələr bağlamaq; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş icazə-qeydiyyat işlərini aparmaq; yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək; yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək; yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemini təşkil etmək. Həmin qanunun 4-cü maddəsinin 2-ci bəndində qeyd olunur ki, polisin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi; cinayətlərin və digər xətaların qarşısının alınması və açılması; yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi. Həmin qanunun 7-ci maddəsinin 1 və 2-ci bəndlərində qeyd olunur ki, Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis öz qanuni vəzifələrini yerinə yetirən zaman Şəxs qanunvericiliyin tələblərini pozmaqla xırda xuliqanlıq etmiş və polisə tabesizlik göstərmişdir. Məhkəmə hesab edir ki, hazırkı işlə bağlı həbs inzibati tənbehi tədbiq edilməlidir. Çünki polisə qarşı nalayiq ifadələr işlədən şəxs, polisin qanuni tələblərini yerinə yetirmirsə və xırda xuliqanlıq edirsə ona cərimə tənbehin tədbiq edilməsi gələcəkdə belə halların daha da çoxalmasına səbəb ola bilər Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, hazır kı iş üzrə tədbiq ediləcək tənbeh həbs tənbehi olacağı halda ədalətli olar. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən Dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmir ki, həmin şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Məhkəmə hesab edir ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxsin islah olunması üçün daha effektli olar Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməlidir. Çünki onun hərəkətlərindən və hərəkətinə olan psixi münasibətindən görünür ki, ona cərimə növündə inzibati tənbeh tətbiq ediləcəyi təqdirdə islah olunmayacaq və yenidən ictiamiyyət arasında narahatlıqlar yaratmağa səbəb olacaqdır. Şəxs əməlinə psixi münasibəti o yöndədir ki, o ətrafdakı insanlardan özünün müstəsna şəxsiyyətinin olması ilə fərqləndirərək, özünü ətrafdakı insanların fövqündə dərk edərək digər insanlara narahatlıqlar yaratmaq və ictimai qaydanı və cəmiyyətdə təşəkkül tapmış birgəyaşayış qaydalarını rahatlıqla pozmaqda özünə haqq qazandırmışdır. Məhkəmə bu cür düşüncəyə malik olan insanlar barəsində isə inzibati həbs tənbeh növünün tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:15-də inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 09:45-də azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs inzibati qaydada tutularaq xx.xx.2024-cü il tarixdən, saat 16:15-dən, xx.xx.2024-cü il tarixə, saat 09:45-ə dək bir gün müddət inzibati qaydada tutulması inzibati həbs müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, İXM-nin 510-cu maddəsi ilə 5 (beş) gün müddətə inzibati həbs, İXM-nin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin Şəxs xx.xx.2024-cü il tarixdən saat 16:15-dən xx.xx.2024-cü il tarixə saat 09:45-ə dək 01 (bir) gün inzibati qaydada tutma müddəti tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq barəsində qəti olaraq 09 (doqquz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 11:54-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-213/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-213/2024
08.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver