Məhkəmə qərarları › İş №3(029)-218/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-218/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-218/2023 20.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Hüquqi şəxs Şəxs MMC (VÖEN №**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-сü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük proseduranda rəsmiləşdirməklə **********4765 saylı xx.xx.2022-ci il tarixli, **********4774 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 25267,20 ABŞ dolları (42954 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsi təmin edilmişdir. Şəxs MMC tərəfindən **********4765 saylı xx.xx.2022-ci il tarixli, **********4774 saylı xx.xx.2022ci il tarixli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarmalı olan 25267,20 ABŞ dolları (42954 manat) məbləğində vəsaitdən **********4765 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarmalı olan 504,01 ABŞ dolları (856,81 manat) məbləğində vəsait onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişlər. Həmin faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı X1 tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə №01400-04239/23 saylı, xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq hüquqi şəxs Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən işə hüquqi şəxs Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-nin 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. İş materiallarından görünür ki, Şəxs MMC-yə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 60.4-cü maddəsində nəzərdə tutulmuş qaydada Məhkəmə Elektron İnformasiya Sistemindən xx.xx.2023-cü il tarixdə məhkəmə iclasının tarixi və yeri barədə məlumat verilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 3(029)- 218/2023 nömrəli iş üzrə 20 iyul 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Eyni zamanda “Man Agro" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib olunan 01400- 04239/22 saylı 01 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 20 iyul 2023-cü il tarixdə gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilən zaman **********4765 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 504,01 ABŞ dolları (856,81 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülməsinin təmin edilmədiyi müəyyən edilmişdir. Həmçinin **********4765 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 504,01 ABŞ dolları (856,81 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülməməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nə malların ixrac olunduğu vaxtdan 180 gün ərzində, nə də MMC barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı gömrük orqanına məlumat və müvafiq sənədlər təqdim edilməmişdir. Belə ki, beynəlxalq təcrübədə bir president kimi formalaşmış qayda vardır ki, məhsul xarab və ya yararsız olduqda idxal və ixrac edən şəxslərin nümayəndələri ilə birlikdə həmin fakt üzrə maraqlı olmayan tərəf (dövlət orqanı, müstəqil ekspert, mütəxəssis və ya arbitr) müvafiq aktın tərtib olunmasında iştirak edir, həmçinin aidiyyəti laborator analizlər ilə əlaqədar sənədlər və xarab olmuş məhsullara aid foto və video çəkilişlər akta qoşma edilir eyni zamanda xarab olan mallar ilə əlaqədar məhvetmə müvafiq gömrük prosedurunda rəsmiləşdirilir. Bu sahədə formalaşmış təcrübədən görünür ki, xarici ölkədə malların xarab olması halında malın sahibi xarab olmuş məhsula müvafiq xarici dövlətin gömrük orqanının nümayəndəsinin iştirakı ilə baxış keçirilməsini və bu barədə akt tərtib edilməsini təmin etmək vəzifəsi daşıyır. Yalnız belə hallarda tərtib edilmiş akt mənbəyinə, inandırıcılığına görə Azərbaycan Respublikası İXM-nin 75 və 76-cı maddələrinə əsasən mötəbər sübut kimi qəbul oluna və nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci yarımbəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Məhkəməyə təqdim olunmuş Konsiqnasiya əməliyyatları üzrə hesabatdan görünür ki, idxalçı hüquqi şəxs Şəxs MMC-nin müvəkkil bankda olan **********4765 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarmalı olan 504,01 ABŞ dolları (856,81 manat) məbləğində qalıq borcu qalmışdır. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hüquqi şəxs Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi, xx.xx.2023-cü il tarixli, № №01400-04239/23 saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs Şəxs MMC barəsində inzinati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Hüquqi şəxs Şəxs MMC (VÖEN №**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-сü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizi-257.04 (iki yüz əlli yeddi manat dörd qəpik) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar