Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-218/2024 16.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi X8 Əliyev Rahib Malik oğlunun katibliyi ilə Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Qusar rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1980-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2ayan Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(029)-737/2017 saylı icra sənədinə əsasən tələbkar X1 ödəməli olduğu alimenti ödəməmiş, nəticədə 8260 manat aliment borcu yaranmışdır. Borclu qərəzli olaraq borcu ödəməkdən yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında göstərmişdir ki, borclu Şəxs 8260 manat aliment borcu vardır. Həmin şəxs 2024-cü ilin mart ayından etibarən aliment ödəmir. 2023-cü ilin avqust ayından alimentin miqdarı dəyişdirilmişdir. Borclu Şəxs aliment borcunu ödəmədiyindən əvvəllər 2023-cü ilin oktyabr ayında həbs olunmuşdur. Həbsdən azad olunduqdan sonra 5800 manat ödəniş etmişdir. Lakin, sonradan 8260 manat aliment borcu yaranmışdır. Tələbkar isə pulunu tələb edir. Borclu aliment borcundan yayındığından və çağırışlara gəlmədiyindən barəsində axtarış elan edilmiş və polis əməkdaşları saxlayıb gətirmişlər. Odur ki, həmin şəxsin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərdi ki, uzun müddət iş tapa bilmədiyinə görə yaranmış aliment borcunu ödəyə bilməmişdir. Hazırda dülgər və sair təmir işləri ilə məşğul olmaqla pul qazanır və borcunu tədricən ödəyəcəkdir. Barəsində axtarış elan olunduğunu bilməmiş, ona zəng olunduqda icra şöbəsinə gəlmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 2(009)-737/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 12 aprel 2017-ci il tarixdən başlayaraq uşaqlar- 02 iyun 2008-ci il tarixdə anadan olmuş X4 və 24 sentyabr 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Şəxs hər ay hər bir uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğoində aliment tutulub X1 verilməlidir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2017-ci il tarixli bildirişin surətindən görünür ki, Qusar rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(029)-737/2017 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(029)- 322/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətə inzibati həbs edilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu alimenti ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, borclu ödənilməli olan borcun miqdarından asılı olmayaraq, icrası məcburi olan və Azərbaycan Respublikası adından çıxarılmış məhkəmənin aktına səthi və etinasız yanaşması nəticəsində məhkəmə hakimiyyətini nüfuzdan salmaqla, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən onun eyni inzibati xətanı il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi qəbul edilir, məsuliyyəti yüngülləşdirən hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti ağırlaşdıran halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Şəxs hal-hazırda icra sənədi üzrə aliment borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Şəxs hal-hazırda aliment borcundan 1000 manat ödəməyə hazır olması ilə bağlı məhkəmədə verdiyi izahatını müzakirə edərək qeyd edirəm ki, həmin şəxsin ümumi borcu 8260 manat təşkil edir, həmin məbləğin 1000 manat hissəsi ödənilsə belə, qalan aliment borcu kifayət qədər yüksək məbləğdir, eyni zamanda həmin şəxs əvvəllər də icra sənədinin icrasından qərəzli olaraq yayındığından inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Buna baxmayaraq, həmin şəxs icra sənədinin icrasını təmin etməyərək təkrarən bundan yayınmışdır. Bu, isə belə qənaətə gəlməyə əsas verir ki, onun aliment borcundan 1000 manat ödəməsi, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi üçün əsas sayıla bilməz, əksinə icra sənədinin səmərəsizliyinə səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-218/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-218/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver