Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-221/2022 13.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1978-ci ildə Qusar rayonu Qılah kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 13.05.2022-ci il tarixdə Qusar rayonu Qılah kəndində yaşadığı evin həyətində narkotik vasitə olan iki ədəd çətənə koluna aqrotexniki qulluq etməklə qanunsuz olaraq əkib-becərmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış, 19.05.2022-ci il tarixli qərarla həmin xüsusat üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin Həzrə PB-nin sahə rəisi Elman Rəhmanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsi ilə MN 1352983-27 saylı 13.06.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, həqiqətən də, yaşadığı Qusar rayonu Qılah kəndindəki evin həyətində iki ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi əkmiş və onlara qulluq etmişdir. Hazırda törətdiyi əməlindən peşman olduğunu, səhv etdiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və barəsində cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2022-ci il tarixli 7/484 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Şəxs yaşadığı Gılah kəndindəki evin bağ sahəsindən aşkar edilmiş...” sözləri yazılmış zərfdə 2 (iki) ədəd, nəm vəziyyətdə, ümumi çəkisi 0,157 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi şitilləridir. Aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, çətənə (kannabis) bitkilərinin ümumi çəkisi -0,157 qram, cəmi tədqiqata sərf edildi -0,04 qram, qalıq 0,117 qramdır. İş materiallarında olan Qusar RPŞ-nin TB-nin 19.05.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs yaşadığı evin həyətində əkdiyi və aşkar edilərək götürülmüş 2 (iki) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nin Maddi sübutlar otağına təhvil verilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İş üzrə maddi sübut olan və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış ümumi çəkisi 0,117 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan və Qusar RPŞ-nin Maddi sübutlar otağında saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış ümumi çəkisi 0,117 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-221/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-221/2022
13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver