Məhkəmə qərarları › İş №3(029)-224/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-224/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-224/2021 07.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Adil Yaqub oğlu Vəliyev xx.xx.1971-ci ildə Xaçmaz rayonu Yalama qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, 06.05.2021-ci il tarixdə saat 12:40-da N saylı hərbi hissənin 4-cü sərhəd zastavasının 13-cü sahəsində rejim icazə qaydasının pozulması ilə əlaqədar olaraq həmin ünvana gedilmiş və orada bir qadın polis əməkdaşlarının tələblərinə məhəl qoymadan üstlərinə hücum çəkərək xəsarət yetirmək istəmiş və söyüb təhqir etmişdir. Həmin faktla bağlı Qusar rayon X2 PB-nin polis sahə rəisi polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.2-ci maddəsi ilə 06.05.2021-ci il tarixli MN 1004256-80 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda törədilmiş inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İXM-nin müvafiq maddəsi kimi 535.2-ci maddə qeyd edilsə də, inzibati xətanın mahiyyəti kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhz polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması və bununla da, mahiyyətcə İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmişdir. Bundan başqa, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktına görə izahatı alınmamış, onun polis əməkdaşlarının üstünə hücum çəkməsi və söyüb təhqir etməsi faktı ətraflı araşdırımaqla həmin hərəkətləri ilə cinayət və ya inzibati xarakterli hər hansı əməli törədib-törətməməsinə hüquqi qiymət verilməmişdir. Bundan başqa, Şəxs İXM-nin 535.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı N saylı hərbi hissənin rəsmi sənədi və hərbi qulluqçuların izahatları alınaraq protokola əlavə olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.4, 100.1.5ci maddələrinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.2-ci maddəsinə əsasən hərbi qulluqçu dövlət sərhədini mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 06.05.2021-ci il tarixli MN 1004256-80 saylı protokol düzgün tərtib olunmadığından, həmçinin natamam olduğundan, bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından həmin protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş Qusar rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 06.05.2021-ci il tarixli MN 1004256-80 saylı protokol və ona əlavə edilmiş sənədlər Qusar rayon Polis Şöbəsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar