Məhkəmə qərarları › İş №3(029)-224/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-224/2022

14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-224/2022 14.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu xx.xx.1985-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Qusar rayonu Qalacıq kəndində yaşayan Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Xızı rayon məhkəməsinin 2(068)-142/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X1 13949 manat aliment borcu yaranmışdır. Borclu aliment borcunu ödəməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki onun tələbkara 13949 manat aliment borcu yaranmışdır. Hazırda heç bir yerdə işləmir. Maddi imkanı olanda və iş tapanda borcu ödəyəcəkdir. Odur ki, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Xızı rayon məhkəməsinin 2(068)-142/2017 saylı xx.xx.2017ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün ayda hər uşaq üçün 136 (yüz otuz altı) manat olmaqla cəmi 272 (iki yüz yetmiş iki) manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi qət edilmişdir. İş materiallarında olan Xızı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2017-ci il tarixli 235343/2017-72 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Xızı rayon məhkəməsinin 2(068)-142/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Xızı rayon məhkəməsinin 3(068)-39/2018 saylı xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün inzibati həbs edilmişdir. İş materiallarında olan Xızı rayon məhkəməsinin 8(068)-109/2018 saylı xx.xx.2018ci il tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icra sənədinin ərazi aidiyyati üzrə göndərilməsi haqqında qərardan görünür ki, Xızı rayon məhkəməsinin 2(068)-142/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi icra edilməsi üçün Qusar rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2021-ci il tarixli 596/2021 saylı bildirişin surətindən görünür ki, Xızı rayon məhkəməsinin 2(068)-142/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli borclunun məcburi qaydada gətirilməsi haqqında qərardan görünür ki, Şəxs məcburi qaydada həmin şöbəyə gətirilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışın elan edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Qərarın surəti icra edilməsi üçün Qusar RPŞ-nə göndərilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu alimenti ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Şəxs hal-hazırda icra sənədi üzrə aliment borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 12 (on iki) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən saat 14:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar