Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-224/2023 19.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Qusar rayonunda anadan olmuş, Qusar rayonu Həsənqala kəndində yaşayan, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs sürücülük hüququ olmadan xx.xx.2023-cü il tarixdə saat 13:40 radələrində idarə etdiyi “QAZ-3102”markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobili Qusar şəhəri Ə.Səfixanov küçəsində idarə edərkən manevr etmə qaydasını pozmuş və nəticədə Qusar şəhər İƏDÜ Nümayəndəliyinin şəhər təsərrüfatına məxsus işıq dirəyinə maddi ziyan vurmuşdur. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında göstərmişdir ki, o, sürücülük hüququ olmadan xx.xx.2023-cü il tarixdə saat 13:40 radələrində idarə etdiyi “QAZ-3102”markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobili Qusar şəhəri Ə.Səfixanov küçəsində idarə edərkən manevr etmə qaydasını pozmuş və nəticədə Qusar şəhər İƏDÜ Nümayəndəliyinin şəhər təsərrüfatına məxsus işıq dirəyinə maddi ziyan vurmuşdur. Hazırda ziyanı ödəmişdir. Hadisə nəticəsində X1 avtomobilinə maddi ziyan dəymişdir. Qusar şəhər İƏDÜ Nümayəndəliyinin ona qarşı heç bir şikayəti yoxdur. Hadisə onun təqsirindən baş vermişdir. Birinci dəfə idi ki, avtomobili idarə etmişdir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. İş materiallarında olan Qusar şəhər İƏDÜ Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs şəhər təsərrüfatına dəymiş ziyanı bərpa etdiyindən şəhər nümayəndəliyinin ona qarşı heç bir iddiası qalmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs tərəfindən Qusar şəhər İƏDÜ Nümayəndəliyinə dəymiş maddi ziyan 90 (doxsan) manat təşkil etmişdir. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, zərərçəkmiş şəxsə maddi ziyanın ödənilməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzər alınır. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmir ki, zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmə hesab edir ki, tətbiq olunacaq inzibati cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-224/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-224/2023
19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver