Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-224/2024 18.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Qusar rayon, Ukur kəndində anadan olmuş, Qusar rayon, Samur qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208 maddəsi ilə Qusar RPŞ-nin X2 daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs yaşadığı həyətindən 01 (bir) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülmüşdür. Həmin faktla bağlı Qusar RPŞ-nin Samur PB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 208 maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş, əməlindən peşman olduğunu və bir daha belə qanunsuz hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Həmçinin yaşlı olduğunu nəzərə alaraq, məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materillarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti aidiyyatı üzrə Qusar RPŞ-nin Samur PB-yə verilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə qədərki izahatı zamanı həmin çətənə bitkisini Qusar rayon, Samur qəsəbəsində yerləşən həyətyanı sahəsində təxminən 3-4 ay əvvəl əkdiyini bildirmişdir. Həmçinin həmin çətənə bitkisini şəxsi istifadə məqsədilə əkdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 7/1423 nömrəli Ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Şəxs həyətyanı sahəsindən götürülmüş...” yazıları olan, skoçla bağlanmış, qara rəngli polietilen bağlamada 01 (bir) ədəd, yaş vəziyyətdə, təmiz çəkisi 485,0 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208 maddəsi ilə tövsif olunmuşdur. Həmin şəxsin təqsirləndirildiyi maddə ilə nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi, məhkəməyə qədərki və məhkəmədə verdiyi izahatı ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə və ya yetişdirilməsinə) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208 maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinərək inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş, Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, təmiz çəkisi 485,0 qram olan çətənə kolları məhv edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onun davranışını,öz əməlinə tənqidi münasibətini, səmimi peşmançılığını və yaşlı olmasını nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 34, 114-115, 117, 128-130-cu maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208 maddəsi ilə təqsirli bilinsin, 200 (iki yüz) manat miqdarında cərimə edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş, Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, təmiz çəkisi 485,0 qram olan çətənə kolları məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-224/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-224/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver