Məhkəmə qərarları › İş №3(029)-226/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-226/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-226/2025 24.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, xx.xx.1990-cı ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, evli, işləməyən Şəxs barəsində Qusar rayon Polis Şöbəsinin DYPB-dən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:17-də “OPEL ASTRA MİNİK” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyindən barəsində Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsi ilə EQ 26121640 saylı protokol tərtib olunmuş, inzibati xəta əsasında qəbul edilmiş cərimə növündə inzibati tənbeh etmə haqqında qərar qanuni qüvvəyə minmiş, həmin qərarı qanunla müəyyən olunmuş müddət ərzində heç bir əsaslı səbəb olmadan icra etməmişdir. Şəxs xx.xx.2025-cİ il tarixdə saat 00:17-də “OPEL ASTRA MİNİK” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyindən barəsində Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə EQ 26103979 saylı protokol tərtib olunmuş, inzibati xəta əsasında qəbul edilmiş cərimə növündə inzibati tənbeh etmə haqqında qərar qanuni qüvvəyə minmiş, həmin qərarı qanunla müəyyən olunmuş müddət ərzində heç bir əsaslı səbəb olmadan icra etməmişdir Həmin faktlarla bağlı Qusar rayon Polis Şöbəsinin DYPB tərəfindən Şəxsnun barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* və İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 61.3 maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol üzrə icraata xitam verilməli, xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol üzrə isə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X2 Qusar rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(029)-185/2025 saylı qərarı ilə xx.xx.2025-ci il tarixli, EQ 26121640 saylı protokol əsasında Azərbyacan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol üzrə təqsirli bilinmiş və nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Göstərilmiş hal üzrə məhkəmənin mövqeyi ondan ibarətdir ki, şəxs barəsində eyni protokol üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcud olduğundan və Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinin tələbinə əsasən eyni fakt üzrə məhkəmənin inzibati tənbeh vermə haqqında qərarı mövcud oluduğundan hal-hazırki iş üzrə EQ 26121640 saylı protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol üzrə başlanılmış icraata xitam verilməlidir. İş materiallarında olan X1 barəsində qəbul edilmiş qərarın elektron versiyasından çıxarışın surətindən görünür ki, onun Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə barəsində tərtib edilmiş EQ 26109979 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə ödəməli olduğu cərimə 50.0 manat, dəbbə pulu 30.0 manat, cəmi 80.0 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Asanpay” elektron ödəniş protalından çıxarışdan görünür ki, Şəxs tərəfindən EQ 26109979 saylı inzibati xəta haqqında protokol üzrə cərimə ödənilməmişdir. Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; Məhkəmə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 469.3-cü və 346-1.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq və iş materaillarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs barəsində EQ 26121640 saylı protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol üzrə başlanılmış icraata xitam verilməli, EQ 26109979 saylı protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol üzrə isə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyası çərçivəsində inizbati məsuliyyətə cəlb edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Şəxs barəsində EQ 26121640 saylı protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol üzrə Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(029)-185/2025 saylı qanuni qüvvəyə minmiş qərarının olması nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar