Məhkəmə qərarları › İş №3(029)-227/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-227/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-227/2024 25.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X4 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Qusar rayonu, Qılah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Qusar rayonu, Qılah kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs oğlunun barəsində Qusar Rayon Polis şöbəsindənd daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində yaranmış mübahisə zamanı onun arvadı X2 dərəcəyi təyin edilməyən xəsarət yetirmişdir. Həmin faktla bağlı Qusar rayon RPŞ-nin Həzrə PB-nın sahə polis rəisi, E.Rəhmanov tərəfindən araşdırma aparılmış və Şəxs Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokol üzrə özünü təqsirli bilməmiş, hadisə zamanı yalnız söz mübahisəsinin olduğunu bildirmişdir. Arvadına heç bir zor tətbiq etmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək halhazırda əri ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Qusar rayon Şöbəsinin 397 saylı xx.xx.2024-cü il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol bazunun orta 1/3-nin yan səthinin və sol budun orta 1/3-nin ön-yan səthinin qançırları küt əşyanın təsirindən, müayinədən 6-8 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarını və zərərçəkmiş şəxsin məhkəmə iclasında təqdim etdiyi ərizəni nəzərdən keçirib, hesab edir ki, Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 39. Zərər çəkmiş şəxslə barışmaqla bağlı inzibati məsuliyyətdən azad etmə 39.1. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; Maddə 157. Döymə Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını və işin digər hallarını nəzərə alaraq onun barəsində başlanılmış icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi təqdirdə qərar tərəflərə çatdıqdan 10 (on) gün sonra qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar