Məhkəmə qərarları › İş №3(029)-23/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-23/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-23/2025 15.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X5 oğlunun katibliyi Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 Hicran qızının, Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Qusar rayonu, Bədirqala kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)- 80/2024 saylı icra sənədinə üzrə 5780 manat aliment borcunu ödəməkdən yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN № 14794442 saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilən 5780 manat aliment borcunun olduğunu etiraf etmiş, protokolda göstərilən məbləği ödəmək üçün maddi imkanı yoxdur, hal hazırda ev ustası işlədiyini bildirmişdir. Aylıq qazancı 300-500 manatdır. Vaxt verildiyini təqdirdə, tələbkara ay sonuna kimi 300-400 manat ödəyə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 protokolda göstərilənləri müdafiə etmişdir. X1 Hicran qızı aliment borcunun tam şəkildə ödənilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-80/2024-013 saylı icra sənədində göstərilən tələbi dərhal könüllü icra edilməsi barədə həmin şəxsə məlumat verilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Qusar rayon Polis şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-80/2024-013 saylı icra sənədi üzrə borclu Şəxs yaşayış yeri məlum olmadığından axtarış barədə qərarın icra olunması üçün Qusar rayon Polis şöbəsinə məlumat verilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı məlum oldu ki, Şəxs borcu olması barədə məhkəmə aktından məlumatı olmuşdur. Hal hazırda ev ustası işləyir və aylıq qazancı 300-500 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixli, 2(029)- 80/2024 saylı icra sənədi üzrə borcunu ödəməkdən qərəzli yayınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs hal-hazırda icra sənədi üzrə borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz.Həmçinin cərimə tənbehi tətbiq edildiyi təqdirdə maddi məhrumiyyətlərə məruz qala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 18:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar