Məhkəmə qərarları › İş №3(029)-231/2024

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-231/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-231/2024 14.10.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X13 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1, Qusar rayon Polis Şöbəsinin X9 nümayəndəsi X2 iştirakları ilə X1 Qusar rayon Polis Şöbəsinin X9 04 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatətinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Qusar rayon Polis Şöbəsinin X9 04 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. X5 həmin qərardan şikayət vermiş, həmçinin məhkəməyə vəsatət təqdim edərək həmin qərarın surətinin ona təqdim edilmədiyini, qərarın surətini 03 oktyabr 2024-cü il tarixində məhkəmədən aldığını göstərərək qərardan şikayət vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 izahatında göstərmişdir ki, onunla qardaşı arasında tez-tez mübahisələr olur, qardaşı dəfələrlə onun barəsində şikayətlər etmişdir. Qusar rayon Polis Şöbəsinin X9 04 iyul 2023cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarında göstərilən hadisə olmamışdır, orada yazılanlar yalandır. Həmin qərarın surəti bu günədək ona təqdim edilməmiş, poçt vasitəsi ilə ona göndərilməmişdir. 27 avqust 2024-cü il tarixdə onunla qardaşının məhkəmə prosesi olmuş, həmin vaxt qardaşı onun cərimə olunması barədə qərarın mövcud olduğunu bildirmiş, bundan sonra 28 avqust 2024-cü il tarixdə o, Qusar rayon İcra və Probasiya şöbəsinə getmiş və orada bilmişdir ki, həqiqətən də belə bir qərar var. O, həmin qərarı götürmüş və bundan sonra şikayət etmişdir. O, təhqiqatçı Romikin qərarından şikayət vermiş, həmçinin ərizənin içində ikinci bənd olaraq 157-ci maddənin də ləğv olunmasını xahiş etmişdir. Həmin qərarın surəti ona məktubla göndərilməmişdir. Odur ki, vəsatətin təmin edilməsi və onun tərəfindən qərardan şikayət vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qusar rayon Polis Şöbəsinin X9 nümayəndəsi X6 izahatında göstərmişdir ki, X9 04 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı barədə bölmənin 11 iyul 2023-cü il tarixli məktubu ilə Elnur Əskərova bildirilmiş, həmin məktubun surəti 12 iyul 2023-cü il tarixdə həmin şəxsə təqdim edilmişdir. Həmin qərarın surətinin poçt vasitəsi ilə Elnur Əskərova göndərilməsini dəqiq bilmir, yəqin ki, göndərilmişdir. Odur ki, nəzərə alınmasını xahiş edir. İş materiallarını və vəsatəti nəzərdən keçirib, icraatda iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edirəm ki, həmin vəsatət rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon X11 Polis Bölməsi tərəfindən X3 ünvanlanmış 11 iyul 2023-cü il tarixli məktubun surətindən görünür ki, həmin şəxsə qardaşı X4 döydüyünə görə barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq 300 manat cərimə olunduğu, həmin cərimə məbləğini 30 gün müddətində xx.xx.2023-cü il tarixədək ödəyərək ödəniş qəbzini X12 təqdim etməli olduğu, əks təqdirdə cərimənin məcburi qaydada ödənilməsindən ötrü barəsində toplanmış materialın Qusar rayon İcra və Probasiya Şöbəsinə göndəriləcəyi bildirilmiş və həmin məktubun surəti 12 iyul 2023-cü il tarixdə imza etdirilməklə X3 təqdim edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarından və X3 ünvanlanmış eyni tarixli bildirişdən görünür ki, Qusar rayon Polis Şöbəsinin X9 04 iyul 2023-cü il tarixli MN ******* saylı icra sənədi üzrə icraata başlanılmış və Elnur Əskərova tələbin könüllü icrası həmin şəxsə təklif olunmuşdur. Həmin qərarla bildirişin surəti xx.xx.2024-cü il tarixdə imza etdirilməklə Elnur Əskərova təqdim edilmişdir. Göründüyü kimi, X5 müddətin bərpasına dair vəsatəti barəsində qəbil edilmiş məlum inzibati tənbeh vermə haqqında qərarın surətinin ona təqdim edilməməsi, həmin qərarın surətini məhkəmədən 03 oktyabr 2024-cü il tarixdə əldə etməsi və bundan sonra qərardan şikayət verməsi ilə əsaslandırmışdır. Lakin, iş materialları ilə müəyyən olunur ki, Qusar rayon X11 Polis Bölməsi 11 iyul 2023-cü il tarixli məktubla Elnur Əskərova onun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməklə 300 manat məbləğində cərimə edilməsini bildirməklə və həmin məktubu 12 iyul 2023-cü il tarixdə imza etdirib Elnur Əskərova təqdim etməklə sonuncunun həmin vaxtdan barəsində qeyd olunan məlum qərarın qəbul edilməsindən məlumatı olmuşdur. Buna baxmayaraq, həmin şəxs həmin vaxtdan sonra 10 gün müddətində barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verməyərək uzun müddət hərəkətsiz qalmışdır. Bundan başqa, Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Elnur Əskərova onun barəsində Qusar rayon X11 Polis Bölməsi tərəfindən 04 iyul 2023-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunması və həmin qərar üzrə icraata başlanılması bildirilməklə icraata başlamaq haqqında qərarın surəti və bildiriş 28 avqust 2024-cü il tarixdə həmin şəxsə təqdim edilmiş və həmin cərimənin ödənilməsi həmin şəxsdən tələb olunmuşdur. Bununla da, həmin şəxs 28 avqust 2024-cü il tarixdən bir daha barəsində qeyd olunan məlum qərarın qəbul olunmasından məlumatı olsa da, yenə hərəkətsiz qalmaqla həmin qərardan qanunla müəyyən edilmiş müddət daxilində və qanunla müəyyən edilmiş qaydada şikayət verməmişdir. Bununla da, X1 Qusar rayon Polis Şöbəsinin X9 04 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətini üzürlü səbəbdən ötürməsi müəyyən olunmur, bu barədə hər hansı sübut mövcud deyil. Ona görə də, Elnur Əskərov tərəfindən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, iş materiallarını araşdıraraq hesab edirəm ki, Elnur Əskərovun yuxarıda göstərilən məlum qərardan şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürməsinin səbəbləri üzürsüz sayılaraq həmin müddətin bərpa edilməsi barədə vəsatət rədd edilməli, qərardan verilmiş şikayət və digər sənədlər həmin şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Qusar rayon Polis Şöbəsinin X9 04 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatəti rədd edilsin. X1 Qusar rayon Polis Şöbəsinin X9 04 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət digər sənədlərlə birlikdə Elnur Əskərova geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar