Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-232/2023 21.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, xx.xx.1986-cı ildə Quba rayonu Vladimirovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu Vladimirovka kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP5444047 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqında protokol tərtib olunmuş şəxs Şəxs Qusar rayon məhkəməsinə vəsatət təqdim edərək işin mahiyyəti üzrə baxilmasını yaşadığı yer üzrə, yəni Quba rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqında protokol tərtib olunmuş şəxs Şəxs vəsatətindən görünür ki, o, Quba rayonu Vladimirovka kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu yaşayış yeri üzrə Quba rayon məhkəməsində baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 106.0, 106.0.1-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1, 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqında protokol tərtib olunmuş şəxs Şəxs vəsatəti əsasında iş materialları aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilməlidir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 110, 112-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilsin. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-232/2023
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-232/2023
21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver