Məhkəmə qərarları › İş №3(029)-237/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-237/2022

24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-237/2022 24.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1975-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Gündüzqala kəndində yaşayan Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə “VAZ-21120” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsi ilə tərtib olunmuş EQ ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli cərimə növündə inzibati tənbeh etmə haqqında qanuni qüvvəyə minmiş qərarı qanunla müəyyən olunmuş müddət ərzində heç bir əsaslı səbəb olmadan icra etməmişdir. Həmin faktla bağlı Qusar rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP4685161 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq xx.xx.2022-ci il tarixli məktubla baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Şəxs barəsində qəbul edilmiş qərarın elektron versiyasından çıxarışın surətindən görünür ki, onun Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə barəsində tərtib edilmiş EQ ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə ödəməli olduğu cərimə 10.0 manat, dəbbə pulu 06.0 manat, cəmi 16.0 manatdır. Məhkəməyə təqdim edilmiş Qusar rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 149- 12331-1122 saylı məktubundan görünür ki, Şəxs tərəfindən nəqliyyat vasitəsinə görə adına daxil olmuş EQ ******* nömrəli elektron protokolun cərimə ödənişi təmin edilmişdir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Odur ki, hesab edirəm ki, Şəxs ödəməli olduğu cəriməni dəbbə pulu ilə birlikdə məhkəmə qərar qəbul edənədək tam şəkildə ödədiyindən o, inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini, 529-cu maddəsinin qeyd hissəsinin 1ci bəndini rəhbər tutaraq, Qərara aldım: Qərarın təsviri və əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs Şəxs ödəməli olduğu cəriməni dəbbə pulu ilə birlikdə məhkəmə qərar qəbul edənədək tam şəkildə ödədiyindən o, həmin Məcəllənin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar