Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-237/2025 10.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi: Qusar rayon vəkil bürosunun vəkili X7, X1, Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Qusar rayonunda anadan olmuş, Qusar rayonu, Həzi. Aslanov küçəsi ev 4-də qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Qusar rayon Məhkəməsinin 2(029)-881/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən üç azyaşlı uşaqları analarının himayəsinə verməli olduğu halda, məhkəmə qərarını icra etməyərək, maneəçilik törətmişdir. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokol üzrə özünü təqsirli bilməyərək, məhkəmə qətnaməsinin düzgün olmadığını, qətnamə elan olunan tarixdə məhkəmə iclasında olduğunu, qətnamə nəticə hissəsinin protokolda göstərildiyi kimi elan edilmədiyini, həmin qətnaməni əldə etdiyini, qətnamədən şikayət etmədiyini bildirmişdir. Protokolla razı deyil. X2 protokolda göstərilənləri təsdiq edərək uşağın ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 protokolda göstərilənləri müdafiə etmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Qusar rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(029)-881/2025 saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra edilməsi barədə həmin şəxsə məlumat verilmişdir. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs heç bir üzürlü səbəb olmadan icra sənədi üzrə Şəxs Qusar rayon Məhkəməsinin 2(029)-881/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən üç azyaşlı uşaqları analarının himayəsinə verilməli olduğu halda məhkəmə qərarını icra etməyərək, maneəçilik törətmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Şəxs 2-ci qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə araşdırması zamanı məlum oldu ki, Şəxs 2-ci qrup əlildir. Ona həbs tənbehi tədbiq edilə bilməz, ona görə də ona cərimə tənbehi tədbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-237/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-237/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver