Məhkəmə qərarları › İş №3(029)-238/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-238/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-238/2024 24.10.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X4, xx.xx.1996-cı ildə Qusar rayonu, Xürəl kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:45-də etdiyi “Mercedes Benz C240 minik” markalı, **-KE-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobili narkotik vasitədən istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etmiş və Qusar şəhəri Ç.Qurbanov küçəsində X1 idarə etdiyi VAZ-2106 markalı 99RU866 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törədərək X2 maddi ziyan vurmuşdur. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 333-1.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, protokolda yazılanlar düzdür. Belə ki, o, 18 oktyabr 2024-cü il tarixdə Xankəndidən Qusara gələndə narkotik vasitədən istifadə etmiş, 22 oktyabr 2024-cü il tarixdə Qusar şəhərində idarə etdiyi avtomobili sərxoş vəziyyətdə idarə etmiş və bu zaman yoldan çıxaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hazırda əməlindən peşmandır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 137 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:00-da Şəxs narko-test müayinəsi zamanı onun çətənə bitkisi, marixuanadan istifadə etməsi nəticəsində sərxoş olması aşkar olunmuşdur. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:45-də idarə etdiyi “Mercedes Benz C240 minik” markalı, 99KE954 dövlət nömrə qeydiyyat nişanlı avtomobili narkotik vasitədən istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etməsi, həmin vaxt yol nəqliyyat hadisəsi törədərək X1 idarə etdiyi avtomobillə toqquşaraq həmin şəxsə maddi ziyan vurması və bununla da, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 333-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təqdim edilmiş sənədlərlə, o cümlədən Şəxs özünün etirafedici izahatı ilə tam təsdiqini tapmışdır. Odur ki, həmin şəxsin barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas inzibati tənbeh, nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə əlavə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 900 (doqquz yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar