Məhkəmə qərarları › İş №3(029)-238/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-238/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-238/2025 10.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ilə, Qobustan rayonu, Nərimanakənd kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qobustan şəhərində qeydiyyatda olmaqla yaşayan, “SETTAMEP ELEKTROMEKANİK PROJE VE TAAHHÜT TİCARET LİMİTED ŞİRKETİ”NİN Azərbaycan Respublikasındakı filialında usta işləyən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:07-də “MERCEDES BENZ 190 MİNİK” markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobili təkrarən spirtli içki qəbul edərək idarə etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayını 2 tağım Yol-Patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün xx.xx.2025ci il tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, həmin xətanı törətməkdə özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verdiyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə sərxoşluq dərəcəsi 0.549% promilli olmaqla sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “MERCEDES BENZ 190 MİNİK” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobili Qusar rayonu, Kuzun kənd inzibati ətazi Aladaş massivində sərxoş vəziyyətdə idarə etmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 400 manat miqdarında cərimə edilmişdir. Məkhəmə iş materiallarını tədqiq edərək hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsindən həmin məcəllənin 333.1-ci maddəsinə tövsif edilməli və şəxs həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Bu institutla bağlı daha geniş açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında verilmişdir. Həmin Qərarda göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-də tövsif institutu nəzərdə tutulmadığından Azərbaycan Respublikası CPM-nin normalarına istinad olunmalıdır. Azərbaycan Respublikası CPM-in Maddə 318. Məhkəmə baxışının hədləri 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərar xx.xx.2025-ci il tarixdə, yəni şəxsin təkrar sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi zaman qanuni qüvvəyə minməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif edilməli və şəxs həmin maddənin sanksiyası həddində inzibati tənbehə məruz qalmalıdır. Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin dispozisiya hissəsində görünür ki, Qanunverici orqan şəxsin həmin maddə ilə inzibati məsuliyyətə cəlb oluna bilməsini Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halı ilə şərtləndirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. Azərbyacan Respublikası İXM-nin 138.1.1-ci maddəsinə əsasən əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün həmin qərar qüvvəyə minir. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə yuxarıda göstərilən halları məcmu halda tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş qərar xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilərkən qanunvericiliklə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmədiyindən şəxsin əməli Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsindən həmin məcəllənin 333.1-ci maddəsinə tövsif edilməli və Şəxs həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikası İXMnin 33.3-cü maddəsinin tələbinə əsasən şəxsin inzibati xətanı sərxoş halda törətməsi pozmuş olduğu maddənin tərkib əlaməti kimi mövcud olduğundan həmin hal məsuliyyəti ağırlaşdıran hal qismində nəzərə alınmamalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq ona verilmiş xüsusi hüququn məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab etmir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əmələ görə ona cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar