Məhkəmə qərarları › İş №3(029)-239/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-239/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-239/2021 08.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Adil Yaqub oğlu Vəliyev Bakı şəhəri Yasamal rayonu 529-cu məhəllədə yerləşən hüquqi şəxs X1 “xxxx” ASC-nin barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, 23.04.2021-ci il tarixdə saat 15:45-də Qusar-Xudat yolunun 2-ci kilometrliyində X1 “xxxx” ASC tərəfindən Kamaz markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobillə təhlükəli yüklərin daşınması qaydalarının pozulması halına yol verilmişdir. Həmin faktla bağlı Qusar rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru polis baş serjantı X3 tərəfindən hüquqi şəxs X1 “xxxx” ASC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 348-ci maddəsi ilə 27.04.2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda X1 “xxxx” ASC tərəfindən təhlükəli yüklərin daşınması qaydalarının pozulması halına yol verildiyi göstərilsə də, məhz hansı təhlükəli yüklərin daşınması və bununla bağlı məhz hansı qaydaları pozması göstərilməmiş, inzibati xəta haqqında protokol nümayəndəsinə imza etdirilməklə həmin hüquqi şəxsə təqdim edilməmiş, hüquq və vəzifələri izah olunmamış, faktla bağlı izahatı alınmamışdır. Bundan başqa, həmin hüquqi şəxsin hüquqi ünvanına dair müvafiq sənəd protokola əlavə olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.3, 100.1.4cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, hüquqi şəxs X1 “xxxx” ASC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 348-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 27.04.2021-ci il tarixli AP ******* saylı protokol düzgün tərtib olunmadığından, həmçinin natamam olduğundan, bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından həmin protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş Qusar rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən X1 “xxxx” ASC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 348-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 27.04.2021-ci il tarixli AP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Qusar rayon Polis Şöbəsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar