Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-239/2024 28.10.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X4, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 yanvar 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M ü ə y y ə n e t d i m: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 yanvar 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmin şikayət 28 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarını və şikayət ərizəsini nəzərdən keçirib, hesab edirəm ki, həmin şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 yanvar 2020ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətini xx.xx.2020-ci il tarixdə imza etməklə almış, lakin həmin qərardan qanunla müəyyən edilmiş qaydada və müddət daxilində şikayət ərizəsi ilə məhkəməyə müraciət etməmiş və bununla da, şikayət vermə müddəti həmin şəxs tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, hesab edirəm ki, X1 tərəfindən X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 yanvar 2020ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından qərarından şikayət vermə müddəti ötürüldüyündən onun tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128, 130cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Azərbaycan Respublikası Ekologiya və X2 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 yanvar 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-239/2024
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-239/2024
28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver