Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-24/2025 21.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Qusar rayonu, Qayakənd kəndində anadan olmuş, Qusar rayonu, Qayakənd kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)- 259/2024 saylı icra sənədi üzrə tələbkar X3 3080 manat aliment borcunu ödəməkdən yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş protokolla tanış olmadığını, həmin protokolda imzası olmasına baxmayaraq icra məmuru tərəfindən hüquq və vəzifələri ona elan olunmadığını və barəsində tərtib edilmiş protokol haqqında heç bir ətraflı məlumatı olmadığını bildirmişdir. Məhkəmə, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə Qusar rayon icra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində tərtib olunmuş protokoldan məlumatı olmamış, onun hüquq və vəzifələri ona ətraflı izah edilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, tərtib edilmiş protokol geri qaytarılmalı, şəxsə icra məmuru tərəfindən barəsində tərtib edilmiş protokol ətraflı izah edilməli hüquq və vəzifələri elan olunmalıdır. Maddə 109. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərarın (qərardadın) qəbul edilməsi 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş protokolla tanış olmadığından, hüquq və vəzifələri elan olunmadığından Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Qusar rayon icra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiallar onu tərtib etmiş olan X4 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-24/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-24/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver