Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-240/2023 03.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X3, X1 iştirakları ilə X3 X8 İdarəsinin 10 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 İdarəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 577-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli MN № ******* saylı qərarla həmin şəxs həmin maddəsilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, o, X8 İdarəsinin 10 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 577 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərarı qanunsuz hesab edir. Belə ki, həmin qərarda göstərilmişdir ki, onun tərəfindən Rusiya vətəndaşları Serpilin İqor və Serpilina Valeriya 12 iyun 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyata salmağına baxmayaraq həmin əcnəbi vətəndaşların qeyd olunan ünvandan 14 iyun 2023-cü il tarixdən getdiklərindən müəyyən edilmiş qaydada onların qeydiyyatdan çıxarılmaları üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməməyi müəyyən edilmişdir. Hesab edir ki, X8 İdarəsinin onun barəsində qəbul etdikləri 10 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və həmin inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, o, bu barədə Dövlət Miqrasiya Xidmətinin əməkdaşına da bildirmişdir ki, Rusiya vətəndaşları Serpilin İqor və Serpilina Valeriya 12 iyun 2023-cü il tarixdə onun evinə ünvan 1 ünvanında qeydiyyata alınmışlar və həmin vaxtdan da hal-hazıra kimi qeyd olunan ünvanda yaşayırlar. Yalnız günün müəyyən saatlarında müvəqqəti olaraq digər ünvandaünvan 3 məxsus olmaqla ünvan 1 ünvanında yerləşən evə qayıdırlar. X8 İdarəsinin əməkdaşları tərəfindən Rusiya vətəndaşları Serpilin İqor və Serpilina Valeriyanın Azərbaycan dilini bilmədiklərinə baxmayaraq tərcüməçinin iştirakı olmadan onlardan izahatlar almış, sonuncular isə Azərbaycan dilini bilmədiklərindən və həyəcan keçirdiklərinə görə Dövlət Miqrasiya Xidməti əməkdaşlarına yaşayış və qeydiyyat yerini dəyişməkləri ilə əlaqədar verdikləri izahatlarında yanlışlığa yol vermiş, guya onların 14 iyun 2023-cü il tarixdən qeydiyyatda olduqları ünvandan getmələrini bildirmişlər. X8 İdarəsinin əməkdaşları Rusiya vətəndaşları Serpilin İqor və Serpilina Valeriyanın qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən evdə yaşayıb-yaşamamaları və yaşayış ünvanını dəyişib-dəyişməmələrini müəyyən etmək üçün bütün zəruri hərəkətləri etməmiş, bununla bağlı bir neçə dəfə yoxlama aparmalı olduqları halda bunu etməmişlər. X8 İdarəsinin onun barəsində qəbul etdikləri 10 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı 13 iyul 2023-cü il tarixdə poçt vasitəsilə ona təqdim olunmuşdur. Göstərilən arqumentlərə əsasən hesab edir ki, onun Azərbaycan Respublikası İXM-nin 577-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməyi barəsində X8 İdarəsinin barəsində qəbul etdikləri 10 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam olunmuş protokol və qərar ləğv olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 şikayəti müdafiə etmiş və izahatında göstərmişdir ki, onun evinə Rusiya Federasiyasında iki nəfər qonaq gəlmişdir. Həmin şəxslər onun oğlunun qrup yoldaşının ailəsidir. Təxminən 6-7 aydır ki, onun evində yaşayırlar. İqor və Valeria onun evində qalan zaman başqa yerdə yaşamamışlar. Arada təxminən 2-3 gün müddətində istirahət və gəzinti üçün başqa yerlərdə gəzməyə getmişlər. Həmin şəxslər 5 gündən artıq onun evindən başqa yerdə qalmamışdır. Onun iki mərtəbəli evi vardır. Həmin evdə ailəsi və qonaqları ilə birlikdə yaşayır. Ev cəmi 7 otaqdan ibarətdir. İnspektorlar onun evinə gələn zaman qonaqlar orada olmamışdır. Onun evinə gələn qonaqları özü idarəyə gedərək qeydiyyat almışdır. Ona gələcəkdə yarana biləcək məsuliyyət barəsində xəbərdarlıq edilmişdir. Qonaqları onun evinə yaxındakı evə istirahətə getmişlər. Onun evinə gələn qonaqlar daimi onun evində yaşamışlar. Onlardan qaldığı müddətdə pul almamışdır. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X11 izahatında göstərmişdir ki, o, təxminən xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasında qalır. Əvvəl Bakı şəhərinə gəlmişdir. Azərbaycana gəlməkdə məqsədi mühitin dəyişdirilməsidir. İş məqsədi ilə gəlməmişdir. Qusar şəhərinə dostunun atası Akifin yaşadığı ünvana gəlmişdir. Uzun müddətdir ki, onlar ilə birlikdə yaşamışdır. Arifin evində qeydiyyatda olsa da, arada istirahət üçün başqa yerlərə də getmişdir. Arifin evindən başqa yerdə qeydiyyatda olmamışdır. Qusar şəhərində tanış olduğu Zal adlı şəxsin evində müvəqqəti istirahət üçün getmişdir. İnspektorlar evə yoxlamaya gələndə onlar evdə olmamışdır. Təxminən 2-3 həftədir ki, ünvan 7 ünvanda qeydiyyatdadır. Bu barədə Arifə heç bir məlumat verməmişdir. Arifin oğlunu bu barədə məlumatlandırmışdır. Arifin evində qalanda orada qeydiyyatda olmuşdur. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, həyat yoldaşı və uşağı ilə birlikdə təxminən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Bu barədə müvafiq dövlət qurumlarına məlumat verərək Arifin evində qeydiyyatda olmaqla orada yaşamışdır. Arada başqa yerlərə istirahətə getmişdir. Lakin, evdən aralıda 2-3 gündən artıq qalmamışdır. Belə ki, onun balaca uşağı vardır. Arifində 2 balaca nəvəsi vardır. Qaldığı evdə çox səs küy olduğu üçün M.Vəliyev küçəsi ev 45 ünvanda gündüzləri qalmış, yoldaşı orada onlayn işləyir. Həmdə Arifin ailəsinə yük düşməsin deyə arada orada qalmışdır. Daimi yaşayış yeri Arifin evi olmuşdur. Təxminən 2-3 həftə əvvəl ünvan 7 ünvana qeydiyyatdan keçmişdir. Bu barədə Arifin məlumatı olmuşdur. Hazırda ünvan 7 ünvanda müvəqqəti qeydiyyatda olmaqla yaşayır. İş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. İş materiallarında olan MN № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X8 İdarəsi tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 577-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 577-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 577-ci maddəsinə əsasən Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, iş materialları ilə, həmçinin yuxarıda göstərilən şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, həqiqətən də, X2 şəhəri M.Vəliyev küçəsi ev 99A ünvanda yerləşən özünə məxsus evdə Rusiya Federasiyasının vətəndaşlarını qeydiyyatda salmışdır. Lakin, həmin şəxslər xx.xx.2023-cü il tarixdə başqa ünvana getsə də bu barədə qanunvericiliyin tələblərinə uyğun olaraq heç bir məlumat verməmişdir. Bununla da qanunvericiliyin tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edir ki, hazırkı inzibati xəta haqqında işə baxmış və inzibati qərar qəbul etmiş X8 İdarəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 577-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin tələblərinə tam əməl olunmuş, X5 həmin xətanı törətməkdə təqsirli olması müvafiq rəylə, eləcə də, işdə olan digər mötəbər sübutlarla sübuta yetirilmiş və bununla da, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı qərar tam qanuni və əsaslı olmuşdur. İşə baxılarkən və qərar qəbul edilərkən, inzibati xəta haqqında qərarın dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas olan halların heç birinə yol verilməmişdir. Odur ki, hesab edirəm ki, şikayət təmin edilməməli, X8 İdarəsi tərəfindən qəbul edilmiş yuxarıda göstərilən məlum qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X8 İdarəsinin 10 iyul 2023-cü il tarixli, MN 0533231saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-240/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-240/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver