Məhkəmə qərarları › İş №3(029)-240/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-240/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-240/2024 28.10.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi X7 Əliyev Rahib Malik oğlunun katibliyi ilə Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şirinbala Velibekovun (Velibekov Şirinbala Yusif oğlu) iştirakları ilə xx.xx.1961-ci ildə Qusar rayonu Urva kəndində anadan olmuş, həmin kənddə yaşayan, Rusya Federasiyasının vətəndaşı Şirinbala Velibekovun (Velibekov Şirinbala Yusif oğlu) haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Şirinbala Velibekov Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-102/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə X3 xeyrinə ödənilməli olan 9651 manat pulu ödəməkdən qərəzli olaraq yayınmışdır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şirinbala Velibekovun (Velibekov Şirinbala Yusif oğlu) barəsində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin icra sənədi 27 avqust 2024-cü il tarixdə Qusar rayon İcra və probasiya Şöbəsinə daxil olmuş, borclu iki aydır ki, borcu ödəməkdən yayınır. Borcludan pulu ödəməsini tələb etdikdə ayda 50 manat ödəyə biləcəyini deyir. Borclu Rusiya Federasiyasının vətəndaşıdır, pensiya alıb-almamasını müəyyən etmək mümkün deyil. Borclunun hər hansı əmlakı da yoxdur. Odur ki, həmin şəxsin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şirinbala Velibekov (Velibekov Şirinbala Yusif oğlu) özünü təqsirli bilməmiş və izahatında göstərmişdir ki, o, borcu ödəməkdən yayınmır. Hər ay 50 manat ödəməyə razıdır. 2-ci qrup əlildir, işləmir. O, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, lakin Ali Məhkəmə həmin qətnaməni qüvvədə saxlamışdır. O, borcun hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. O, 25000 rubl, yəni təxminən 500 manat pensiya alır, oğlunun aliment borcunu da o, ödəyir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-102/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X1 Qusar rayonu Urva kəndoində yerləşən evin yaxşılaşdırılmasına çəkilən xərcin əvəzi kimi 9285.5 (doqquz min iki yüz səksən beş manat əlli qəpik) manat alınaraq X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şirinbala Velibekova (Velibekov Şirinbala Yusif oğlu) ünvanlanmış xx.xx.2022-ci il tarixli e257849/2024-50-8 /22 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-102/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Qusar rayon icra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının və ya yetərli olmamasının müəyyən edilməsi haqqında” aktdan görünür ki, Şirinbala Velibekovun (Velibekov Şirinbala Yusif oğlu) Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-102/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin yönəldilə biləcəyi əmlakları aşkar olunmamışdır. İş materiallarında olan borclu Şirinbala Velibekovun (Velibekov Şirinbala Yusif oğlu) Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, maddi imkanı olmadığına görə borcunu ödəməmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şirinbala Velibekov (Velibekov Şirinbala Yusif oğlu) heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu pulu tələbkara ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, borclu ödənilməli olan borcun miqdarından asılı olmayaraq, icrası məcburi olan və Azərbaycan Respublikası adından çıxarılmış məhkəmənin aktına səthi və etinasız yanaşması nəticəsində məhkəmə hakimiyyətini nüfuzdan salmaqla, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şirinbala Velibekovun (Velibekov Şirinbala Yusif oğlu) haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şirinbala Velibekovun (Velibekov Şirinbala Yusif oğlu) şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şirinbala Velibekov (Velibekov Şirinbala Yusif oğlu) Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar