Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-242/2025 15.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X2 Masallı rayonu Musakuca kəndində yerləşən hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 324-1.1-ci maddəsi ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialları Qusar rayon məhkəməsinin binasında nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: xx.xx.2025-ci il tarixdə saat 14:10 radələrində Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük nəzarət məntəqəsində yoxlama zamanı "xxxx" MMC-yə məxsus **-SD-*** dövlət qeydiyyat nişanlı “Daf” markalı avtonəqliyyat yük maşınına qeyri-qanuni olaraq icazə blankının ötürülməsi faktı ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 324-1.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol inzibati xəta hadisəsi törədilən gün tərtib olunmuş, lakin bu barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə hər hansı məlumat verilməmiş, protokol tərtib olunarkən həmin MMC-nin nümayəndəsinin iştirakı təmin olunmamış, həmin şəxsə İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməklə bu barədə protokolda müvafiq qeyd aparılmamış, ondan izahat alınmamış və inzibati xəta haqqında protokolun surəti MMC-nin nümayəndəsinə təqdim edilməmişdir. Yalnız protokol tərtib olunduqdan sonra həmin MMCnin ünvanına 04 iyul 2025-ci il tarixli bildiriş göndərilməklə kifayətlənilmişdir. Protokolun izahat bölməsində “imtina etmişdir” qeydi aparılsa da, məhz "xxxx" MMC-nin nümayəndəsinin izahat verməkdən imtina etməsi müəyyən olunmur, çünki protokol tərtib olunarkən yalnız "xxxx" MMC-yə aid nəqliyyat vasitəsinin sürücüsü iştirak etmiş, Şəxs MMC-nin nümayəndəsinin orada iştirak etməsinə dair hər hansı sənəd isə protokola əlavə olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsində əsasən protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Bununla da, təqdim edilən inzibati xəta haqqında protokol İXM-nin yuxarıda sadalanan tələbləri pozulmaqla tərtib olunmuşdur. Qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda təsvir olunanlara əsasən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 324-1.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 106.0, 106.0.1-106.0.7-ci maddələrinə əsasən hakim, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 324-1.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinə geri qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-242/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-242/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver