Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-243/2021 17.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx xxxxx 1987-ci ildə Qusar rayonu Qalacıq kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, natamam orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 21 mart 2021-ci il tarixdə saat 13:00 radələrində sürücülük hüququ olmadan Zərərçəkmiş şəxs məxsus olan VAZ-21099 markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili Qusar rayonu Hil oba kəndində idarə edərkən yol hərəkəti qaydalarını pozaraq yol şəraitini nəzərə almamış, avtomobili çuxurlara salıb ehtiyat hissələrini zədələmiş və nəticədə avtomobilin sahibi Zərərçəkmiş şəxs maddi zərər vurmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İB-də araşdırma aparılmış və 19 iyul 2019-cu il tarixli qərarla həmin xüsusat üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə İXP ******* saylı 17.05.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında göstərmişdir ki, həqiqətən də, o, 21 mart 2021-ci il tarixdə saat 13:00 radələrində sürücülük hüququ olmadan Zərərçəkmiş şəxs məxsus olan VAZ-21099 markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili Qusar rayonu Hil oba kəndində idarə edərkən avtomobili çuxurlara salıb ehtiyat hissələrini zədələmiş və avtomobilin sahibi Zərərçəkmiş şəxs maddi zərər vurmuşdur. Həmçinin, törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxsə dəymiş zərəri ödəyə bilmədiyini göstərərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və ona görə də, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin DYPB tərəfindən verilmiş 16.05.2021-ci il tarixli arayışdan görünür ki, Şəxs adına DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemində hər hansı kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmamışdır. İş materiallarında olan Qusar rayon “VAZ” kooperativi tərəfindən verilmiş 24.03.2021-ci il tarixli 12 saylı rəydən görünür ki, VAZ-21099 markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin sıradan çıxması nəticəsində dəymiş ziyan 445 manat təşkil edir. İş materiallarında olan AE N 059023 saylı 08.04.2021-ci il tarixli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, Vaz-21099 markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə Zərərçəkmiş şəxs adına qeydiyyata alınmışdır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsi məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, ona dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarda cərimə edilsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah edilsin ki, ona dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edə bilər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-243/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-243/2021
17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver